www.vivo-book.com
576
Lakin yaĢamına davam eləməyin üçün seçim etməli olursan:
bəziləri baĢqaları ilə müqayisədə daha mərhəmətli olurlar.
Bəzilərinin, sadəcə səninlə bağlı maraqları olur və bəzən
görünüĢcə gözəl, daxilən isə soyuq olmaq zərurətə çevrilir.
Bütün bunlar həyatın qanlı və iyrənc zərbələri səbəbindən
baĢ verir. Lap elə qanlı və iyrənc filmlərdəki kimi. Daha
mərhəmətli olanlar daha yaxĢı sikiĢirlər, həqiqi sözümdü, və
bir müddət birlikdə olandan sonra onlar sənin gözündə daha
da gözəlləĢirlər, çünki onlar həqiqətən gözəldirlər. Mən Sara
haqqında düĢündüm, bax onda nəsə belə bir Ģey var, əlbəttə,
əgər bu lənətə gəlmiĢ STOP niĢanını əlində tutan Drayer
Baba olmasaydı.
Sonra Saranın ad günü gəldi: 11 Noyabr, Veteranlar
Günü. Biz iki dəfə də görüĢmüĢdük – bir dəfə mənim
evimdə, bir dəfə də onun evində. Aramızda əyləncə və ümid
havası dolaĢırdı. O qəribə qadın olsa da, baĢqalarından
fərqlənirdi. Özü də çox yaradıcı idi; aramızda xoĢbəxtlik
hökm sürürdü... əgər yataqdakı vəziyyəti nəzərə almasaq... o
yanırdı... lakin Drayer Baba bizi bir-birimizdən aralı tuturdu.
Mən bu döyüĢü Allah qarĢısında uduzmaqda idim.
|