www.vivo-book.com
571
– Sən neyləmək fikrindəsən? – Sara məndən soruĢdu.
– Debranın evinə gedirəm. Ona dedim ki, 45 dəqiqədən
sonra orda olacam.
– Amma mən düĢünmüĢdüm ki, biz birlikdə nahar
edərik. Mən yaxĢı bir meksikan restoranı tanıyıram.
– Qulaq as, o çox narahatdır axı. Belə olan halda biz
nahar masasının arxasında necə oturub söhbət eləyə bilərik.
– Mən fikrimdə artıq səninlə nahar eləməyi
planlaĢdırmıĢdım.
– Nə zibilə düĢdük, sən öz restoranını nə vaxt açırsan?
– Saat on birdə, indi isə saat hələ ondur.
– YaxĢı, gəl gedib nahar edək...
Bu, Hermoza Biçdəki iyrənci hippi rayonunda yerləĢən
meksikan restoranı idi. Zövqsüz, laqeyd tiplər. Çimərlikdə
ölüm. Özünü unut, dərindən nəfəs al, ayağına səndəllər
geyin və özünü dünyanın gözəl olduğunu düĢünürmüĢ kimi
göstər.
SifariĢlərimizin gətirilməsini gözləyərkən, Sara əlini
uzadıb barmağını istiotlu sousa batırdı və sonra onu yaladı.
Sonra barmağını sousa bir də batırdı. O, baĢını sous qabının
|