AFAQ MƏSUD.
«Öz üzünü yazan adam.
Dünyaya və göylərə Azərbaycandan daha yaxın olan böyük Vaqif Səmədoğluna»
«Azadlıq» qəzeti 3-5 aprel 1999
Bəzən bir qədər çılpaq və kobud ədəbi üslubumda qəlbinə toxunduğum Anara
kitabımı göndərərkən titul səhifəsində belə bir bənd yazmaq fikrinə düşdüm:
Tez-tez məndən inciyib
Qəlbində gileylənən
-Afaq da dönük çıxdı..
-deyib əlin yelləyən
Anaradır bu kitab
Ədəbiyyat naminə
Afaqa gətirsin tab…
Sonradan onun bundan da inciyəcəyindən qorxub,bəndin əvəzinə: «Hörmətli Anar
müəllimə » yazdım.
AFAQ MƏSUD.
Duyğular imperiyası.
«Azadlıq» qəzeti 23 fevral 2000
Vaxtilə «Azərbaycan» jurnalında(№2 1980) faşist Franko rejimi dörvünün görkəmli
yazarı Anna Mariya Matutenin maraqlı bir yazısı dərc olumuşdu. Həmin məqaləni dilimizə
çevirib,yazar haqqında qısa məlumatı bizə təqdim elən isə Anar idi.Məqalədə təsvir olunan
mühit elə o zaman bizə yaman tanış gələcəkdi və fikirləşəcəydik ki,yəqin Anar bu
məqaləni bizlərə əbəs yerə təqdim etməyib.Məqalədə təsvir olunun dövr süqutu labüd
kommunist rejimi dövrünün bir başqa üzü deyildimi? O zaman isə bunu ancaq beləcə,
dolayıı yolla söyləmək mümkün idi.Çünki azad düşüncə, fikir və əqidə sərbəstliyi Anarın
təmsil etdiyi ədəbi nəslin də arzu və ümidlərində yaşayırdı. O arzu və ümidləri
578
gerçəkləşdirmək vəzifəsinin məhz onların üzərinə düşdüyünü qeyri-ixtiyari da olsa dərk
edirdilər. Elə ona görə də 60-cı illərdə Azərbaycan ədəbiyyatında öz yerini tapan Anar
imzası sadəcə daşıdığı adın ilkinliyi ilə yox,həm də üzərinə düşən o vəzifənin zamanında
dərki ilə oxucuya yeni nəsə deyirdi.A nna Mariya Matute «Biz ona görə yazmağa başladıq
ki,narazıydıq» -demişdi. «Biz- o vaxtın gəncliyi ətrafımzı sarmış riyakarlıq,
saxtakarlıq,yalan, nadanlıq, cəhalət, anlaşılmazlıq mühitində,hər azad düşüncənin
boğulduğu bir şəraitdə yaşayırdıq, nəfəs alırdıq, daha doğrusu nəfəs almağa çalışırdıq» -
Anarın bu sözləri həmin o ispan yazıçısının fikirlərinin davamı kimi səslənirdi…» Ona
görə də Anar və onunla bərabər 60-cı illərdə ədəbiyyata gələnlər yazmaya bliməzdilər.
Dostları ilə paylaş: |