Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə143/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   139   140   141   142   143   144   145   146   ...   175
ünsiyyət  qurmaqda  çətinlik  çəkmirlər.  Ümidsizlik  məqamlarında 

belə ünsiyyət həm də qaçılmaz olur. Az sonra onillərin dostları 

kimi  şirin  söhbətə  girişmişdilər,  bir-biri  barədə  məsləhət 

bildikləri məlumatlardan xəbərdar idilər. Muhəmməd Əsəd 

bəy Şərq məsələləri üzrə ekspertdi, filan kitabların müəllifidi, 

bir müddət İtaliyada yaşamaq fikrinə düşüb; Əhməd Cəmil 

Tripolida  anadan  olub,  ərəb  hüquqlarının  müdafiəçisidi, 

Qahirədən  vacib  görüşlərdən  qayıdır,  bir  müddət  İtaliyada 

dincəlmək  istəyir.  Demədiklərisə,  onları  narahat  eləmirdi, 

tezliklə  aşkara  çıxsa  belə,  ünsiyyətlərinə  o  qədər  də  təsir 

göstərməyəcəkdi – özlərinə rəva gördüklərini başqalarına ba-

ğışlamağı da bacarırlar.

  Əslində,  Vakko  Bella  Tripolidə  doğulmuş  italyan  idi, 

gəncliyində İtaliya ordusunun ehtiyat zabiti olmuşdu, sonra 

Əhməd Cəmil ibn Yusif Məzhər adı altında, guya islam dinini 

qəbul eləyib, Cəmil Vakka Mazzara kimi tanınmış, ərəblərin 

hüquqlarının müdafiəçisinə çevrilmiş, Qahirədə məskən sal-

mış, bir çox dələduzluqlarda iştirak eləmiş, narkotik ticarətinə 

qoşulmuş, faşizm təbliğatı aparmış, partladıcı maddələr əldə 

eləyib satmışdı. Cəmi bir neçə ay əvvəl – fevralda Misir polisi 

əməllərinə görə bu təhlükəli şəxsi ölkədən çıxarmalı olmuş-

du. Əhməd Cəmil yol uzunu əlaqələrini qura-qura Romaya 

gəlib çatmışdı.

 İndi Əsəd bəyə müalicə üçün Pozitanoya getməyi məsləhət 

görür. Əhməd Cəmilin Pozitanoda dostları çoxdu: orda yığış-

mış mühacirlər arasında müştəriləri də var, tezliklə ona baş 

çəkər, dostlarıyla tanış eləyər. Pozitano Salerno yaxınlığında 

Amalfitano  sahilində  şahanə  dəniz  mənzərəsi  olan  kurort 

şəhəridi, mütləq Əsəd bəyin xoşuna gələcək.

  Niyə  də  yox?!.  Onsuz  da  ona  Pozitanonu  məsləhət 

görmüşdülər.  Leo-Əsəd  bəy  çək-çevir  eləmədən  razılaşdı, 

yalnız  Salernoda  yazı  makinası,  radioqəbuledici  almalı,  bir 

müddət  işləməlidi,  beynində  yazmaq  istədiyi  bir  əsər  var, 

onu kağıza köçürənə qədər dinclik tapmayacaq.



525

 Amma yeni dostu Əsəd bəy barədə gəzən şayiələrdən na-

rahat  idi,  ölkədə  yəhudilərə  münasibətdən  xəbərdar  oldu-

ğundan  onu  ayıq  salmağı  da  unutmadı:  sinyor  Əsəd  bəyin 

mənşəyi, soy-kökü şübhə doğurmamalıdı, düşdüyü yerlərdə 

müsəlman kimi qeydə alınsa, daha təhlükəsiz olar; məsələn, 

atası xan nəslindən olan İbrahim Arslan oğludu; lazım gəlsə, 

Əhməd Cəmil qohumluqlarını sübut eləyən “faktlar” da üzə 

çıxarar...

 Qıçının ağrısı yenə dözülməz olmuşdu. Əhməd Cəmilin 

apardığı tanış həkim də uzun-uzadı müayinədən sonra eyni 

qənaətə gəldi:

  “Əsəb  sisteminizin  pozulmasından  ola  bilər.  Mən  dəniz 

sahilində bir müddət dincəlməyi məsləhət görərdim. Məsələn, 

Pozitanoya getsəniz, faydalı olar”.

  Centile  də,  Əhməd  Cəmil  də  Pozitanonu  məsləhət 

görmüşdülər, deməli, qismətində o şəhər varmış.

 Əhməd Cəmillə uzun illərin dostları kimi ayrıldılar, əmin 

idilər ki, tezliklə Pozitanoda görüşəcəklər...

 İyulun əvvəlləriydi, Leo Əsəd bəy o nəticəsiz görüşdən qa-

yıdanda  qəfildən  izləndiyini  duydu.  Otelə  dönən  küçənin 

tinində elektrik dirəyinə söykənib “qəzet oxuyan” kişi gözaltı 

onu  süzdü,  cəld  qəzeti  qatlayıb  plaşının  cibinə  soxdu, 

təxminən  on  addım  geridə,  guya,  küçə  reklamlarına  baxa-

baxa arxasınca gəlməyə başladı. Leo həyəcanını boğub geri 

boylanmadan otelə girdi, cəld otağına qalxdı, təngnəfəs halda 

pəncərəyə cumub pərdənin arasından aşağı boylandı – həmin 

tip aşağıdaydı, yenə qəzet “oxuyurdu”. Leonun şübhəsi qal-

madı: onu izləyirlər, burdan mümkün qədər tez getmək la-

zımdı, yoxsa həbsdən qurtula bilməyəcək.

 “Nə olub, oğlum?” – Frau Şulte onun həyəcandan rəngi 

qaçmış üzünə baxdı.

 “Yığışıb hazır durun, gedəcəyik”, – Leo, az qala, pıçıltıyla 

danışırdı.

 Həmin tip qaranlıq düşənəcən otelin qarşısında gəzindi. 

Aradabir pərdəni azca aralayıb ona göz qoyan Leo zənnini bir 




526

də  yoxlamaq  istədi,  işığı  söndürüb  qaranlıqdan  aydın 

görünən meydançaya baxdı. Xəfiyyə, görünür, onun yatdığı-

güman elədi, dincəlmək fikrinə düşüb küçə aşağı getdi.

 Cəmi on dəqiqədən sonra Leo Əsəd bəy oteldə haqq-hesab 

kəsib  frau  Şulteylə  tamam  əks  tərəfə  üz  tutdu.  Tində  taksi 

saxladıb dəmiryol vağzalına sürməyi tapşırdı...

 Təxminən iki saatdan sonra Reco di Kalabriaya gedən qa-

tarda oturmuşdular. Salernoya tez çatmaq, Pozitanoda rahat-

lanmaq istəyirdi...




527


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin