Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə142/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   138   139   140   141   142   143   144   145   ...   175
caq  məndən  ötrü  yeganə  oğlumun  səhhətindən  qiymətli  heç  nə 

yoxdu, – sonra əlavə eləyirdi, – ona görə də nə qədər məsləhətdirsə, 

xəstənin yanında o qədər qala bilərsiniz”.

 

***



 Yayın əvvəllərində Leo özünü bir qədər yaxşı hiss eləyib 

inadla  İtaliyaya  getmək  planını  həyata  keçirməyə  girişdi. 

Şübhəsiz,  bu  planda  frau  Şulte  yox  idi,  onu  arxayın  eləyib 

Vyanaya yola salmaq istəyirdi, amma analığı gözlədiyindən 

də inadkar çıxdı: belə vəziyyətdə Leonu qətiyyən tək buraxa 

bilməz!


 Bu vaxt İtaliyada nələr baş verdiyindənsə xəbəri yox idi; 

artıq  Düçenin  istəyinə  görə  bütün  italyanlar  “nordik  irqə 



mənsub saf arilər”, yəhudilərsə “təhlükəli məxluqlar” hesab olu-

nurdular; yəhudilər və qatı faşistlər daha rəsmi vəzifələrdə 

çalışa bilməzdilər; hətta, yəhudilərin adlarını telefon kitabça-

larına yazmaq belə qadağan edilimişdi; kitabları yasaq olun-

muş müəlliflərin siyahısı məktəblərə, kitab dükanlarına, polis 

məntəqələrinə paylanmışdı. Həmin siyahıda Leo Əsəd bəyin 

adı da vardı!

 Belə bir vaxtda Leo Əsəd bəy sərhədi keçmək üçün bütün 

məharətini  işə  salmışdı.  Frau  Şultenin  Almaniya  pasportu 

vardı, onunla bağlı heç bir problem olmadı, Leonusa sorğu-

sula tutdular:

 “Sinyor Əsəd bəy yəhudidimi?”




522

 “Əlbəttə, yox, amerkalıyam, xalama qonaq gəlmişəm, İta-

liyanı gəzib görmək arzusundayam”.

  “Amerikalı?  –  Gömrük  məmuru  şübhəylə  onu  süzdü.  – 

Bunu sübut eləyən bir sənədiniz varmı?”

 “Sənəd? – Leo ümidsizlik içində əlini cibinə atdı. – İndi 

sizə sənəd göstərərəm”.

  Möcüzəydi!  Amerikaya  gedəndə  aldığı  gəmi  biletini  və 

müddəti keçmiş vizanı indiyəcən niyə saxlamışdı? Bəlkə Eri-

kanın qoxusunu hərdənbir həmin bir parça kağızdan almaq 

istəmişdi? Hər halda, o kağız parçası indiki məqamda əl atdı-

ğı saman çöpünə oxşayırdı.

 “Bu da sübut”, – Leo-Əsəd bəy kağızları məmura uzatdı.

 Görünür, ingilis dilini bilməyən məmur kağızları o üzbəüz 

çevirdi, bir qədər tərəddüd elədi, axır ki, qərara gəldi:

 “Hə, onda artıq İtaliyadasınız, sinyor Əsəd bəy...”

  Artıq  İtaliyadadı!  Leo  qulaqlarına  inanmaq  istəmirdi. 

Deməli, qurtuluş o qədər də uzaq deyil! İndi qarşısında iki 

yol vardı: ya Rapalloya gedib şəfqətli Pima Andreaya sığın-

malı, ya da Romaya yollanıb Düçenin bioqrafiyası və kitabla-

rının nəşrilə bağlı məsələlərə aydınlıq gətirməliydi. 

  İndiki  şəraitdə  Pimanın  həyatını  təhlükə  altında  qoya 

bilməzdi,  yəqin  ki,  bundan  sonra  hər  addımı  xəfiyyələrin 

nəzarəti altında olacaqdı, – “amerikalı”nın bu ölkədə sərbəst 

gəzib-dolaşmasına göz yuma bilməzlər. Jö Lederer artıq Tos-

kanada deyildi, ona görə də ora getməyə dəyməzdi. Florensi-

yaya  gedib  Covanni  Centileylə  görüşmək,  taleyinə  aydınlıq 

gətirmək daha məntiqli olardı.

  “Sensoni”  nəşriyyatında  Leo  Əsəd  bəyi  daha  amansız 

zərbə gözləyirdi: düzdü, “Qırmızı ədalət: Sovet İttifaqında siyasi 



proses” kitabı çap olunub, amma yeni irq qanununa görə, Leo-

Əsəd bəy yəhudidi, daha onun kitablarını nəşr eləmək olmaz, 

ona görə də bağlanmış müqavilələr ləğv edilib, şübhəsiz ki, 

Düçenin bioqrafiyasını yazmaq fikrindən də əl çəkməlidi.

  “Baş  nazirin  katibliyinə  Vyanadan  məktub  göndərib 

azərbaycanlı  adı  altında  gizlənən  yəhudi  Leo  Nussimbaum 




523

olduğunuzu  xəbər  veriblər,  –  Centile  indiyəcən  onunla  ün-

siyyət saxladığına təəssüflənən adam kimi danışırdı. – Adınız 

qadağan olunan müəlliflərin siyahısındadı...”

 “Mən Muhamməd Əsəd bəyəm, – Leo etiraz elədi, – bu 

qədər kitablarım çap olunub”.

 “Xalq Mədəniyyəti Nazirliyinə müraciət eləyin, – Centile 

məsləhət gördü. – Orda adınızı siyahıdan çıxarıb rəsmi icazə 

versələr, müqavilələri bərpa eləmək olar”.

 Belə... Hər şey aydın oldu...

 ...Florensiyada ayağındakı ağrılar artdı. Artıq tez-tez frau 

Şultenin,  ya  da  kübar  görünmək  üçün  qoluna  keçirdiyi  əl 

ağacının  köməyindən  istifadə  eləməli  olurdu.  Dayəsi  dilə 

tutub həkimə apardı, amma onu müayinə eləyən ahıl doktor 

da  xəstəliyini  dəqiq  müəyyənləşdirə  bilmədi,  elə  müalicə 

yazmaqla kifayətləndi. O axıradək çarpışmaq qərarına gəldi: 

sakitcə məhv olmaqdansa, döyüşə-döyüşə ölmək daha yax-

şıdı.


 Gizli polisin xəfiyyələri “amerikalı səyyah”ı gözdən qaçır-

mırdı. Lev Nussimbaumun Romaya gedib çıxması da onların 

nəzarəti  altındaydı,  indi  əlaqədar  adamlar  onun  mənşəyini 

dəqiqləşdirmək üzərində baş sındırırdılar: ad-soyadına görə, 

əlbəttə, yəhudidi, amma bunlara əsasən qəti qərara gəlmək 

olmaz, daha sanballı dəlil-sübut lazımdı.

  Xalq  Mədəniyyəti  Nazirliyində  “Amerika  vətəndaşı”  Leo-

Əsəd bəyi qəbul elədilər, dinlədilər, sənədlərinə baxdılar, bu-

nunla belə, Leo Əsəd bəy məmurlardan qəti cavab ala bilmədi: 

indiki vəziyyətdə qərar qəbul eləyə bilməzlər, gərək məlumat 

toplasınlar, Berlin və Vyanadakı həmkarlarından rəy alsınlar, 

sonra Əsəd bəyin adını siyahıdan çıxarsınlar.

 Nazirliyin qəbul otağında bəstəboy, dolubədənli, qarabığlı 

cavan bir kişi gülümsəyə-gülümsəyə əlini uzatdı.

  “Əhməd  Cəmil...  Mən  sizin  kitablarınızı  oxumuşam. 

Özünüzə burda rast gələcəyimə inanmazdım”.

 “Muhamməd Əsəd bəy”, – Leo təəccüblə onu süzüb əlini 

sıxdı.



524

  Həyat  tərzləri,  xarakterləri  oxşar  olan  adamlar  bir-birlərilə 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin