28
EcoVision
ATİB XƏBƏRLƏRİ
atİB-in yeni İdarə Heyətinin ilk iclası keçirildi
Azərbaycan Türkiyə İş Adamları Birliyinin 28 fevral
2015-ci ildə keçirilmiş Ümumi Yığıncağında seçilmiş
İdarə Heyətinin 2 mart 2015-ci ildə ilk iclası keçirildi.
İclasdan əvvəl İdarə Heyəti Fəxri xiyabana gələrək
xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini
ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik zərifə xanım
Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər
güllər düzülmüşdür.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından
keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla
yad edilmiş, məzarları üstünə tər çiçəklər düzülmüşdür.
Nümayəndə heyəti 1918-ci ildə Bakının bolşevik-
erməni daşnak qoşunlarından azad edilməsi uğrunda
döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğ-
runda mübarizədə canından keçmiş türk şəhidlərinin
xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, Azərbaycanın
azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin
adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin
üstünə gül dəstələri düzmüşdür.
Daha sonra ATİB-in ofisində Cemal Yangının
sədrliyi ilə İdarə Heyətinin iclası keçirildi. İclasda İdarə
Heyəti üzvləri arasında vəzifə bölgüsü həyata keçirildi.
İdarə Heyətinin yekdilliklə aldığı qərara əsasən, İdarə
Heyətinin üzvləri Mürsəl Rüstəmov və Cem Becel İdarə
Heyəti sədrinin müavinləri təyin edildilər.
Daha sonra İdarə Heyəti fevral ayı üçün fəaliyyət pla-
nını müzakirə edərək müvafiq qərarlar qəbul etdi.
Dostları ilə paylaş: