Beynəlxalq telekommunikasiya
İttifaqı 5G rabitənin yeni standartını
tətbiq etmək niyyətindədir
Beynəlxalq Telekommunikasiya İttifaqında (BTİ)
xüsusi işçi qrup yaradılıb. İşçi qrupun üzvləri 5G stan-
dartın tətbiq edilməsi sahələrinin tədqiqi ilə məşğul
olacaq. BMT-nin xəbərlər mərkəzi xəbər verir ki, bu,
böyük həcmli məlumatların yüksək sürətlə ötürülməsi
və qəbulunu həyata keçirməyə kömək edən yeni nəsil
simsiz rabitənin telekommunikasiya standartdır.
Hazırda İnformasiya-Kommunikasiya Texnologi-
yalarının (İKT) mənimsəməsi sahəsində liderlik edən
bir sıra dünya şirkətləri yeni formatın hazırlaması ilə
məşğuldur. Ekspertlərin fikrincə, texnologiya 2020-
ci ildə kommersiya istifadəsi üçün əlçatan olacaq.
Bu texnologiya hazırda smartfonlarda və planşet
kompyuterlərdə istifadə olunan 4G formatını əvəz
edəcək.
Mütəxəssislər hesab edirlər ki, yeni format yal-
nız mobil rabitədə deyil, həm də avtomatlaşdırılmış
cərrahiyyə, virtual reallıq, robotlaşdırılmış sistemlərin
hazırlanması, sənaye və nəqliyyat vasitələrinin avto-
matlaşdırılması kimi innovasiya sistemlərində istifadə
oluna bilər.
25
|