24
EcoVision
XƏBƏRLƏR
Türkiyənin Müdafiə naziri İsmət Yılmaz isə bildi-
rib ki, belə görüşlər ölkələrimiz arasındakı dostluq
əlaqələrini daha da möhkəmləndirir, əməkdaşlığımızın
digər sahələrdə inkişafı üçün yeni imkanlar açır.
İ.Yılmaz növbəti - üçüncü görüşün bu ilin sonunda
Türkiyədə keçiriləcəyini bildirib.
türkdilli dövlətlər üzrə “Müasir İpək yolu”
proqramı hazırlanır
Dörd türkdilli dövlət – Qırğızıstan, Qazaxıstan,
Azərbaycan və Türkiyə birgə turizm məhsulu yarada-
caq. Bu fikri Qırğızıstan Respublikası Mədəniyyət, İn-
formasiya və Turizm Nazirliyinin turizm departamenti-
nin direktoru Maksat Çakiyev səsləndirib.
Onun sözlərinə görə, hazırda türkdilli dövlətlər üzrə
vahid turizm marşrutunun yaradılmasını nəzərdə tutan
“Müasir İpək yolu” proqramı hazırlanır. Marşrut Qırğı-
zıstan, Qazaxıstan, Azərbaycan və Türkiyə dövlətlərini
əhatə edəcək.
M.Çakiyev qeyd edib ki, türkdilli ölkələrdə dünya
ictimaiyyətinin marağına cavab verən təbiət obyektləri
və tarixi yerlər kifayət qədərdir. O deyib: “Turizmin inki-
şafı üçün “Böyük İpək yolu” brendindən istifadə etmək
lazımdır. Elə bunun üçün də müvafiq proqram işlənilib”.
Xatırladaq ki, ölkələr arasında birgə turizm
məhsulunun yaradılması barədə razılıq keçən il əldə
olunub. Bu istiqamətdə zəruri tədbirlərin həyata
keçirilməsi planı hazırdır və yaxın vaxtlarda icrasına
başlanılacaq.
dünYa XəBərLərİ
Dostları ilə paylaş: |