azərbaycan, türkmənistan və türkiyə
avropa İttifaqı ilə energetika üzrə
bəyannamə imzaladılar
Azərbaycan, Türkmənistan və Türkiyə Avropa İt-
tifaqı ilə energetika sahəsində əməkdaşlığın inkişafı
haqqında bəyannamə imzalayıblar.
Trend-in məlumatuna görə, sənəd Aşqabad-
da Türkmənistan, Azərbaycan və Türkiyənin neft-
qaz qurumlarının rəhbərləri və Avropa İttifaqının
nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə imza-
lanıb. Azərbaycanı danışıqlarda energetika naziri Na-
tiq Əliyev təmsil edib.
Sənəddə deyilir ki, tərəflər istehsalçılar, tranzitçilər
və enerji istehlakçılarının maraqlarını eyni dərəcədə
nəzərə alan etibarlı, sabit və uzunmüddətli beynəlxalq
əməkdaşlığın təmin edilməsi üçün zəruri əlverişli
şəraitin yaradılmasının tərəfdarıdırlar.
Tərəflər, həmçinin Türkmənistandan Avro-
paya təbii qaz tədarükünün təmin edilməsində
bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın
vacibliyini qeyd ediblər. Gələcək danışıqlar üçün
Azərbaycan, Türkmənistan, Türkiyə və Avropa İt-
tifaqının enerji sahəsinə cavabdeh olan struktur
rəhbərlərinin müavinləri səviyyəsində işçi qrupunun
yaradılması gözlənilir.
Dostları ilə paylaş: |