TəTBİQİ FİZİKA



Yüklə 172 Kb.
səhifə1/2
tarix30.12.2021
ölçüsü172 Kb.
#49341
növüMühazirə
  1   2
C fakepathsillabus Tetbiqi fizika (4)



Azərbaycan Dövlət Neft və Sənaye Universiteti


Sabah qrupları

BAKALAVR HAZIRLIĞI ÜÇÜN

TƏTBİQİ FİZİKA” fənninin


SİLLABUSU
Kurs................................................. 1

Semestr.................................... ....... 1

Tədrisə ayrılan ümumi saatlar......... 60


O cümlədən:
Mühazirə......................................... 30

Məşğələ.......................................... 15

Laboratoriya................................... 15

Kreditlərin sayı.............................. 8



Sillabusu tərtib etmişdir: dos. Abaszadə R.Q.

I.Fənnin təsviri
Tətbiqi fizika” fənni 050608-“ Energetika mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün tədris olunan ixtisaslaşmanın seçmə fənlərinə aid edilir.”Tətbiqi fizika” fənni, fizika fənninin kompleks şəkildə bölmələrinin və fiziki istiqamətlərinin toplusu olmaqla, konkret texnoloji və praktiki məsələlərin həllində fizikanın son nailiyyətlərindən istifadə etmək məqsədinə xidmət edir.”Tətbiqi fizika” fundamental tədqiqatlar əsasında alınmış kəşflərə əsaslanır və texnoloqlar qarşısında duran problemlərin həllinə yönəlir ki, bu da həmin kəşflərdən praktikada tələbələr tərəfindən effektiv şəkildə istifadə olunmasına imkan yaradır. Fənnin məqsədi bakalavriat səviyyəsinin 050608-“Energetika mühəndisliyi”ixtisası üzrə təhsil alan tələbələrə, istehsalatda və məişətdə mövcud olan və fizika qanunlarının tətbiqi nəticəsində işləyən cihaz və qurğularda, sistemlərdə baş verən proseslərin fiziki mahiyyətini başa salmaq, gələcəkdə öz ixtisasları sahəsində işlədilə biləcək yeni cihaz və qurğular yaratmağın yollarını göstərməklə fiziki düşüncə tərzinin formalaşmasına kömək etməkdir
II.Fənnin hədəfi və məqsədi
Fənnin tədrisinin əsas vəzifəsi “Tətbiqi fizika” fənni fiziki hadisələrin və qanunların konktret texnoloji problemlərin və praktiki məsələlərin fiziki qanunların və hadisələrin dərindən öyrənilməsinə xidmət edir. Tətbiqi fizika fənni fiziki hadisələrin yalnız dərindən öyrənilmısinə deyil, hadisələrin və qanunların mahiyyətini dərindən öyrənir və konkret praktiki məsələnin həllində istifadə olunması imkanları müəyyən edilir. “Tətbiqi fizika” fənni fizika qanunlarının nəticələrinə əsaslanaraq müasir dövr üçün zəruri olan məsələlərin həllini reallaşdırır. Fiziki hadisələr və qanunauyğunluqlar barədə ətraflı məlumata sahib olan mütəxəssis bu qanunların nəticələrinin praktikaya tətbiqini də bilməlidir. Ali texniki məktəblərin bir sıra ixtisasları üzrə mütəxəssis hazırlığı prosesində fizikanin əsasları və tətbiqi fizika kursları bir birini tamamlayan fərqli fənlər kimi tədris olunur. “Tətbiqi fizika”fənnində fiziki hadisələr və qanunlar barədə məlumat verilir və daha sonra ardıcıl olaraq tələbələr tərəfindən mənimsənilmiş fiziki hadisələrin və qanunların praktiki məsələlərin həllinə tətbiq olunması məsələləri həll edilməlidir. Fənn tədrisinin əsas vəzifəsi qeyd olunanları nəzərə alaraq yuxarida qeyd olunan biliklərə yiyələnərək gələcəgdə tətbiq edilməsi lazım olan biliklərin tələbələrə aşılanması üçün bir baza yaradir və əsas rol oynayır. Fənnin tədrisinin əsas vəzifəsi İxtisas : 050608-“ Energetika mühəndisliyi” ixtisası üzrə təhsil alan bakalavrlara fizikanın müxtəlif bölmələrinin nəzəri və təcrübi öyrənilməsində davamlı biliklərin formalaşdırılması üzrə lazım olan bilik və bacarıqların aşılanmasından ibarətdir.
III. Fənnin qısa məzmunu

Fənnin tədrisi aşağıdakı mövzuları əhatə edir:



  • Bərk cisimlərin zona qurluşu, elektrik xassələri və tətbiqləri;

  • Maddələrdə maqnit sahəsi. Dia-Para-Ferro maqnetiklər və onların tətbiqləri.

  • Elektromaqnit induksiya hadisəsi və onun tətbiqləri

  • Dielektriklər; Seqnetoelektriklər, pyezoelektriklər və onların tətbiqləri

  • Elektrolitlərin və qazların elektrik keçiriciliyi,onların tətbiqləri.

  • Ultrasəs və onun tətbiqlər.

  • Həndəsi Optika, Lif Optikası və onun tətbiqləri

  • Rentgen şüalarının tətbiqləri

  • Nüvə maqnit rezonansı və maqnit rezonans tomoqrafiyası.

  • İstilik Şüalanması və onun tətbiqləri

  • Lüminisensiya və onun tətbiqləri

  • Elektrik ölçmələri.

  • laboratoriya şəraitində işləmək;

  • fiziki cihaz və qurğularda işləmək


IV. Fənnin tədrisinin növləri və müddəti
Fənnin tədrisində mühazirə, laboratoriya məşğələsi nəzərdə tutulur. İxtisaslaşma üzrə tədris planında nəzərdə tutulmuş dərs növləri və onlara ayrılan saatlar cədvəl 1-də, mövzular üzrə ayrılan saatlar cədvəl 2-də, mühazirə və laboratoriya dərslərinin məzmunu isə cədvəl 4 və 5-də göstərilmişdir.

V Müəllim haqqında məlumat

Müəllimin

A.S.A. adı



Elmiadı, dərəcəsi

Mühazirə otağı

Tələbələrə auditoriyadan kənar məsləhət saatları

Məsləhət üçün

otaq


Abaszadə Rəşad Qabil oğlu

Fizika üzrə fəlsəfə doktoru, dosent









VI.Müəllimin tələbləri

Müəllimin tələblərinə aşağıdakı meyyarlar daxildir:



  1. Dərslərdə magistrlərin müntəzəm iştirak etməsi;

  2. Mühazirə və laboratoriya dərslərində nəzərdə tutulmuş mövzular üzrə sərbəst çalışmaq nəticəsində hazırlıqlı iştirak etmək;

  3. Təklif olunan ədəbiyyatlarla sərbəst işləmək;

  4. Dərslərdə aktiv iştirak etmək, aydın olmayan məsələlərlə bağlı müəllimə suallar vermək;

  5. Fənnin tədrisinə ayrılmış ümumi saatın 50 faizini auditoriyadan kənar sərbəst işləmək üçün fəaliyyət və onun 50 faizini müəllimlə birgə işləmək;

  6. Semestr ərzində hər dərsdə cari biliyin yoxlanılmasının aparılması və nəticəsinin qrup jurnalında qeydə alınması ilə bağlı magistrlərin məsuliyyət daşımaları;

  7. Laboratoriya dərslərində aktiv iştirak etmək, aparılan təcrübələrin nəticələri barədə hesabatlarıvaxtında təhvil vermək, sərbəst tapşırıqları vaxtında tələb olunan səviyyədə hazırlamaq;

  8. Fənnin dərindən mənimsənilməsi ilə bağlı müəllimə qarşı tələbkarlıq göstərmək;

  9. Tələbələr tərəfindən semestr ərzində fənnin mənimsənilməsi ilə bağlı nəzərdə tutulmuş maksimum 50 balın qazanılması üçün ciddi cəhd göstərmək.

VII. Cari biliyin qiymətləndirmə meyarları, aralıq qiymətləndirmə cədvəli

Magistrlər tərəfindən fənnin mənimsənilməsi səviyyəsini müəyyən etmək məqsədilə mühazirə, laboratoriya dərslərində cari biliyin qiymətləndirilməsi aparılır. Bunlardan əlavə semestr ərzində 3 dəfə monitorinq mexanizmi əsasında sessiyal ararası yoxlamalar keçirilir. Yoxlamalar VI, XI və XIV-cü həftələrdə aparılır. Aparılan yoxlamaların nəticələri qrup jurnalında 0-10 rəqəmləri ilə qeyd olunur və semestr ərzində fənnin mənimsənilməsinin qiymətləndirilməsi müəyyənləşdirilir və tələbələrin semestr ərzində fənn üzrə qazandığı balların tərkibinə daxil edilir.

Biliyin qiymətləndirilməsi çoxballı sistem əsasında aparılır. Fənn üzrə tələbələrin topladığı maksimum balın həddi 100-dür. Bunun 50 bal imtahanda 50 bal isə semestr müddətində qazanılır.

Semestr ərzində toplanılacaq maksimum 50 balın tədris göstəriciləri üzrə paylanması “kredit sistemi ilə təhsil alan tələbəərin biliyinin qiymətləndirilməsi haqqında” ADNSU-nun 02/1396 nömrəli 03.10.2008-ci il tarixli əmrinə əsasən aparılır.

060628-ixtisası üzrə:

-10 bal dərsə davamiyyətə görə;

-10 bal tələbənin 10 sərbəst işinə görə;

-30 bal isə məşğələ və laboratoriya dərslərinə görə.

Aralıq sorğuların və sessiyalararası yoxlamanın nəticələri laboratoriya və məşğələ dərs-lərinə nəzərdə tutulmuş ballarda öz əksini tapır.

Imtahana görə, dərsə davamiyyətə görə, mövzular üzrə sərbəst işə görə, məşğələ və laboratoriya dərslərinin nəticələrinə görə, balların verilməsi “Kredit sistemi ilə təhsilalan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında əsasnamə”yə görə aparılır.



VIII.İstifadə olunan ədəbiyyat

  1. А.М.Paşayev,E.M.Qocayev, H.S.Orucov Ümumi Fizika kursu, «Milli aviasiya akademiyası» Bakı 2012, səh. 453

  2. N.M.Mehdiyev, Ümumi fizika kursu, Bakı, səh.

  3. E.M.Qocayev S.X.Xəlilov N.Y.Səfərov, A.Ə.Abasov C.K.Qəniyev B.Q.Qaracayev, S.İ.Tağiyev "Tətbiqi fizika" Dərs vəsaiti Bakı AzTu, 2018-il 392s.

  4. E.M.Qocayev- “Ümumi fizika kursu” I və II hissə, 2008 ,Bakı, “Sabah”, 439 s.

  5. И.В.Савельев «Курс общей физики» тома I-III, СПб., «Лань», 2006 г.

  6. И.В. Калашников «Электричество», М., Наука, 1985 г.

  7. В. С.Волькенштейн « Сборник задач по общему курсу физики» М-Наука, 1985

  8. А.А.Детлаф, Б.М.Яворский «Курс физики», М., Высшая школа, 2007

  9. E .M. Qocayev S.İ.Səfərova , T.P.Musayev" Tətbiq optika"laboratoriya işlərinə rəhbərlik. Bakı “ Təhsil” NPM, 2015

  10. Т.И. Трофимова «Курс физики», М., Издательский центр «Академия», 2007г

  11. В.И.Бабецкий,О.Н.Третяковприкладнаяфизика(механика,электромагнетизм) 2005

Cədvəl 1.



İxtisaslaşma üzrə nəzərdə tutlmuşsaatlar

060628.2 – Texnoloji proseslərin avtomatlaşdırılması və idarə edilməsi

Cəmi

Mühazirə

Məşğələ

Laboratoriya

Kredit

Semestr

60

30

15

15

8

3

Cədvəl 2.

No

Proqramın mövzuları

İxtisaslar üzrə




Cəmi

Müh.

Məş.

Lab.

1

Bək cisimin zona qurluşu haqqında anlayış.Metal, yarımkeçirici və dielektriklıərin zona qurluşuna görə fərqlərii.Metal və yarımkeçiricilərin keciriciliyinin (müqavimətinin) temperatur aslılığları. Termorezistorlar, termistorlar və. onların tətbiqləri

3

2

1

1

2

Yarımkeçirici triodlar və onlardan siqnalların gücləndirilməsində istifadə olunması. Tranzistorlardan müxtəlif güclənmə sxemləriş Transiztor açarı


3

2

1

1

3

Holl qeydedıcıləri Holl kontaktları. Maddələrin maqnit xassələri dia- para ferromaqnetiklər və onların tətbiqləri.


3

2

1

1

4

Elektromaqnit induksiya qanunu .Lens qaydası. İnduktivlik. Öz özünə induksiya hadisəsi. Qarşılıqlı induksiya .Transvormatorlar

3

2

1

1

5

Dielektriklərin növləri. Seqnetoelektriklər, pyezoelektrik və elektrostriksiya effektinin tətbiqləri

3

2

1

1

6

Elektroliz hadisəsi. Faradey qanunları. Elektrolitik dissosiya. Elektrolitik diodların quruluşu və tətbiqləri. Elektrolit məhlullarında elektrik keçiriciliyinin xüsusiyyətləri.Elektrolitlərin və qazların elektrik keçiriciliyi və onların tətbiqləri

3

2

1

1

7

Bərk maye və qazlarda ultrasəsin sürəti . Ultrasəs dalgası canlı orqanizmdə yayılarkən onun təzyiqinin amplitud qiyməti. Ultrasəs dalgalarının texnikada və tibbi diaqnostikada tətbiqləri. Ultrasəsin kimyəvi və bioloji təsirləri . Ultrasəs cihazlarının təsnifatı

3

2

1

1

8

Spektral Dopler ultrasəs skanerləri. Səs qəbuledicisi hərkət etdiyi və səs mənbəyi hərəkət edən halda Dopler effekti. Ultrasəs şqasinin hərəkət edən əksedicidən qayıtması.

3

2

1

1

9

Həndəsi optikanın elementləri və anlayışları. Spektral cihazların xarakteristikaları . Ayırdetmə qabiliyyəti. Reley kriteriyası. Optik rabitə və onun üstünlükləri. Pilləvari və qradiyent, liflər

3

2

1

1

10

Rentgenoskopiya. Fluoqrafiya. Rentgenoqrafiya. Rentgen tomoqrafiyası. Kompüter tomoqrafiyasının göstəriciləri.

3

2

1

1

11

Nüvə maqnit rezonansının fiziki əsasları və maqnit rezonansının təsvirlərinin alınma prinsipləri. Termistorlardan kontaksız rele kimi istifadə olunmasi

3

2

1

1

12

Metal naqillərin müqavimətinin temperatur asılılıgı .Fotodiodlar .Naqil rezistorlu temperatur qeydediciləri. Daxili effektli fotoçevriçilər.

3

2

1

1

13

Pirometrlər. Radiasiya pirometrləri. Qismən radiasiya pirometrləri. İstilikgörmə.

3

2

1

1

14

Lüminissensiyanın növləri.. Lüminissensiya qanunları.

Lüminissensent şüalanma mənbələri.



3

2

1

1

15

Elektrik ölçmələrinin prinsip və vasitələri. Müqavimətin ölçülməsi üçün Texniki vasitələr. Potensimetrlər. Osilloqraflar. Ampermetrlərin quruluşu və iş prinsipi. Voltmetrlər.

3

2

1

1





Yüklə 172 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin