185
LƏNBƏRANSKİ ƏLİŞ
CƏMİL OĞLU
Lənbəranski Əliş Cəmil oğlu 1914-cü
ildə Bərdə rayonunun Lənbəran kəndində
anadan olmuşdur.
Bakı məktəblərində oxumuş, ali təhsil
almışdır. Bakıdakı Azərbaycan Sənaye
İnstitutunu neftayırma ixtisası üzrə 1936-cı
ildə bitirmişdir. Əmək fəaliyyətinə Nef-
tayırma zavodunda fəhlə kimi başlamışdır
1936-ci ildə neft emalı zavodunda fəhlə, 1937-ci ildə sex rəisinin kömək-
çisi, 1937-38-ci illərdə sex rəisinin müavini, müxtəlif texnoloji sexlərin
rəisi, 1939-cu ildə zavodun boyük mühəndisi, 1939-40 cı illərdə Ukrayna
SSR-də hərbi xidmət keçmiş, 497-ci atıcı polkunun kiçik leytenantı olmuş-
dur. Qərbi Ukrayna uğrunda döyüşlərdə, Bessarabiyanın və Şimali Buko-
vinanın azad olunmasında iştirak etmişdir. 1940-41-ci illərdə mütəxəssis
kimi ordudan tərxis olunmuş, zavodda mühəndis və sonra baş mühəndis
kimi çalışmışdır. 1941-ci ildə yenidən ordu sıralarına çağırılmışdır. Pol-
kun mühəndis xidmətləri rəisi kimi, Böyük Vətən müharibəsi iştirakçısı
olmuşdur. 1942-43-cü illərdə Rostovda döyüş zamanı dörd güllə yarası
almışdır. Yaralı halda Don çayını üzərək keçmiş və səhra tibb məntəqəsi-
nə aparılmışdır.
1943-cü ildə Böyük Vətən müharibəsi əlili;
1943-44-cü illər Caparidze adına zavodun baş mühəndisi,
1944-45-ci illər bu zavodun direktoru;
1945-47-ci illər Bakı Neft Zavodları Trestinin rəhbəri;
1947-50-ci illər Qarayev adına zavodun direktoru;
1950-54-cü illər Azərbaycan Neftayırma Zavodları Birliyinin rəisi;
1954-59-cu illər Azərbaycan SSR Neft Sənaye nazirinin müavini;
1959-66-cı illər Bakı Şəhər İcraiyyə Komitəsinin sədri;
1966-70-ci illər SSRİ Nazirlər Soveti yanında Mikrobiologiya Sə-
nayesi Baş İdarəsi rəisinin birinci müavini;
1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini
olmuşdur.
Mükafatları: 2 “Lenin”, 3 “Qırmızı Əmək bayrağı”, “I və II dərə-
cəli Vətən müharibəsi”, “Xalqlar dostluğu”, “Oktyabr inqilabı” ordenləri
və medalları ilə təltif edilmişdir. Dövlət mükafatı laureatıdır. Azərbaycan
SSR-nin Əməkdar mühəndisidir. Azərbaycan SSR-nin Ali Sovetinin Fəx-
ri Fərmanlarına layiq görülmüşdür.
Bakı şəhərində vəfat edib.
|