184
LƏNBƏRANSKİ CƏMİL
NƏSİR OĞLU
Cəmil Lənbəranski Nəsir oğlu 1884-cü
ildə Bərdə rayonunun
Lənbəran kəndində
anadan olmuşdur. O, 1908-ci ildə Bakı
neft sahibkarlarının təqaüdü ilə Kiyevdə
Müqəddəs Vladimir Universitetinin tibb
fakültəsinə daxil olmuş və buranı 1913-cü
ildə bitirmişdir. Sonra Vətənə qayıtmış və
Tərtərdə kənd həkimi işləmişdir. Əhaliyə
göstərdiyi yüksək tibbi xidmətə görə bütün Qarabağ mahalında məşhur-
laşmış, hamının hörmətini qazanmışdır.
Cəmil Lənbəranski 1920-ci ildə Bakıya köçmüş və doktor Larino-
vun müalicəxanasında cərrah-ordinator işləmiş, Səhiyyə Komissarlığında
müalicə şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1922-ci ildə Səhiyyə
Komissarlığının əmri ilə cərrahlıq xəstəxanası təşkil etmiş və 1929-cu ilə-
dək onun başçısı olmuşdur. Bundan sonra o, 12 il Çaparidze adına xəstə-
xanada travmotoloji şöbənin müdiri işləmişdir.
Cəmil Lənbəranski Böyük Vətən müharibəsi başlayan kimi ordu
sıralarına səfərbərliyə alınmış və 1945-ci ilin noyabrında tərxis olunana-
dək Gəncədəki 296 saylı qarnizon hospitalının cərrahiyyə şöbəsinin rəisi
vəzifəsində çalışmışdır. Sonra o, Bakıya qayıtmış, Ortopediya və bərpa
cərrahlıq ETİ-də baş həkim işləmişdir.
Cəmil Lənbəranski 1947-ci ildə Böyük Vətən müharibəsi əlilləri
üçün yaradılan cərrahiyyə hospitalının aparıcı cərrahı olmuş, indiki Əfən-
diyev adına klinik xəstəxanada çalışmışdır. O, 1949-cu il oktyabrın 15-dən
Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun travmatologiya ka-
fedrasının dosenti, 1952-ci ildən həmin institutda Ortopediya, travmato-
logiya və hərbi səhra cərrahlığı kafedrasının müdiri vəzifələrində işləmiş-
dir.
Cəmil Lənbəranski cərrahlığa aid bir neçə samballı əsərlərin müəl-
lifidir. Azərbaycan Respublikasının Əməkdar həkimi, səhiyyə əlaçısıdır.
Bir neçə orden və medallarla təltif olunmuşdur.