BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə111/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   107   108   109   110   111   112   113   114   ...   542
 

 

 

 

 


 

195

 

ORUCOV  QARDAŞLARI 



 

 XX əsrin əvvəllərində elm və mədəniyyət cəbhəsinə atılmış yüz-

lərlə maarifçi ziyalılardan olan Oruc, Qənbər və Abuzər Orucov qardaşları 

qədim tarixə malik olan Bərdənin Alpout kəndində dünyaya göz açmış, 

hər üçü uşaqlıq və gənclik illərini bu kənddə keçirmişlər. Qardaşların bö-

yüyü Oruc Orucov Qori müəllimlər seminariyasını və Gəncə şəhərində sə-

nət məktəbini bitirmişdir. Ötən əsrin 10-cu illərində mətbuatda publisist

ədəbi-tənqidi məqalələrlə çıxış etmişdir. O biri qardaşların da rus, ərəb və 

fars dillərini bilmələri, mətbəə-nəşriyyat işində fəal çalışmaları ailə  ənə-

nələrinə uyğun olaraq xüsusi təhsil almalarından, bilik və bacarıqlarından 

xəbər verir.  

Kifayət qədər savada malik olan Orucov qardaşları XX əsrin  əv-

vəllərində Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmişlər. 

Orucov qardaşları ata-babalarından qalma mülkü və əmlakı satmaqla əldə 

etdikləri vəsait hesabına çox xeyirli addım ataraq mətbəə avadanlığı almış 

və geniş nəşriyyat fəaliyyətinə başlamışlar. Orucov qardaşlarının mətbə-

əsi öz dövrünə görə yüksək texniki avadanlıqla təchiz edilmişdi. Burada 

“Mille” markalı şrifti özüyığan maşın, “Frangental”, “Arzburq”, “Ameri-

kanka” markalı çap maşınları, kağız tikən maşınlar da var idi. Bunların 

əksəriyyəti Almaniyadan gətirilmişdi. Naşir qardaşlar Azərbaycan, Rus, 

Avropa və Şərq xalqları ədəbiyyatından bir çox qiymətli kitabları ilk dəfə 

çap edərək onları oxucularımıza çatdırmışlar. Azərbaycan yazıçılarından 

A.Səhhət, A.Şaiq, N.Vəzirov, N.Nərimanov, S.Qənizadə, Ə.Haqverdiyev, 

M.S.Ordubadi, Ü.Hacıbəyov və başqa klassiklərin onlarca əsərləri bu 

mətbəədə işıq üzü görmüşdür. Onlarca kitabları nəşr etməklə ədəbiyyatı-

mızı zənginləşdirmişlər.  

XX  əsrin  əvvəllərində Azərbaycanda fəaliyyət göstərən çox saylı 

mətbəələr arasında Orucov qardaşlarının mətbəə  nəşriyyatı diqqəti daha 

çox cəlb edir. Milli kitab xəzinəmizin zənginləşdirilməsində və çap mədə-

niyyətinin inkişafında həmin mətbəənin xidmətləri əvəzsiz olmuşdur. Ba-

kıda azərbaycanlılara məxsus ən iri çap bazası və texniki avadanlığı olan 

bu mətbəə  əsasında sonralar Orucov qardaşlarının nəşriyyatı yaradılmış-

dır.  Bu  da  Azərbaycan mədəniyyəti tarixində ilk nəşriyyat hesab edilir. 

Orucov qardaşlarının nəşr etdikləri kitabların satışı ilə məşğul olan xüsusi 

mağazaları və Qafqazın iri yaşayış məntəqələrində xüsusi vəkilləri vardı. 

Abuzər Orucovun doğma nəvəsi, sənətşünaslıq doktoru Kübra Əli-

yeva yazır: “...Abuzər və böyük qardaşı Oruc Tiflisdə, sonralar isə Peter-

burqda təhsil almışlar. Dövrün təhsilli, savadlı  və hörmətli adamları ol-

muşlar. Rus, fars və ərəb dillərini gözəl bilib, ağıllı, tədbirli və əsrin əv-

vəllərində  nəinki Azərbaycanda, bütün Qafqazda sayılan  şəxslərdən ol-




 

196

muşlar. Oruc və Abuzər  əsrin  əvvəllərində Bakıda böyük mətbəə  təşkil 

edib, çap işinə başlamışlar. Mətbəənin bütün işlərini yalnız A.Orucov 

aparırdı. Çap olunan kitabların, rayonlarda yerləşən mağazalarda satışına 

Qənbər Orucov rəhbərlik edirdi”. 

“Bakı və bakılılar” kitabında Orucov qardaşlarının fəaliyyətinə xü-

susi yer ayıran qocaman ədibimiz Qılman İlkinin yazdığına görə Orucov 

qardaşlarının mətbəə və nəşriyyatı ilkin olaraq Tağıyevin qız məktəbinin 

zirzəmisində yerləşirdi. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin