198
Rus imperiyasının hər cür qadağalarına baxmayaraq onların adları
tarix və ədəbiyyat kitablarında hər cür yad edilmişdir. Tədqiqatçı alimlər
Orucov qardaşlarına həsr edilmiş monoqrafiyalar, dissertasiyalar, elmi
məqalələr yazmışdır.
Гянбяр Оруъуов
199
PAŞAYEV KƏRİM
PAŞA OĞLU
K.P.Paşayev 1936-cı il iyunun 29-da
Azərbaycan Respublikasının Bərdə rayo-
nunun Lənbəran kəndində anadan olmuş-
dur. 1954-cü ildə orta məktəbi bitirmiş və
K.Marks adına Az.XTİ-nun “Ticarət-iqti-
sad” fakültəsinə daxil olmuş, 1958-ci ildə
həmin institutu bitirmişdir. 1958-1960-cı
illərdə Sumqayıt şəhər Komsomol Komi-
təsində təlimatçı işləmişdir.
Elmə olan həvəsi onu yenidən instituta qayıtmağa sövq etmişdir.
1960-1962-ci illərdə keçmiş S.M.Kirov adına ADU-da “Sahələr iqtisadiy-
yatı” kafedrasında baş laborant işləmişdir. 1962-1965-ci illərdə Q.V.Ple-
xanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda aspiranturada oxumuş
və oranı bitirmişdir. 1966-cı ilin fevral ayında müdafiə edərək iqtisad elm-
ləri namizədi adını almış, 1981-ci ilin fevralında isə Moskva şəhərində
Q.V.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunun Elmi Şurasın-
da doktorluq dissertasiyasını müdafiə etmiş, 1982-ci ildən professordur.
1966-67-ci illərdə Az.XTİ-nun “Əmtəəşünaslıq”fakültəsinin ax-
şam şöbəsinin dekanı, 1967-1970-ci illərdə isə həmin institutun ümumi
axşam fakültəsinin dekan müavini vəzifəsində işləmişdir. 1970-79-cu il-
lərdə “Ticarətin təşkili və texnikası” kafedrasının dosenti, 1979-1989-cu
illərdə isə həmin kafedranın müdiri vəzifəsində çalışmışdır. 1989-1993-cü
illərdə Respublika Təhsil Nazirliyinin elm idarəsinin rəisi, nazir müavini,
Gəncə Texnologiya İnstitutunun birinci prorektoru, N.Tusi adına Pedaqoji
Universitetin iqtisadi məsələlər üzrə prorektoru olmuşdur. 1993-cü ildən
2005-ci ilədək “Marketinq və ticarət” kafedrasının professoru vəzifəsində
çalışmış, 2005-ci ildən “Ticarət” kafedrasının müdiri vəzifəsində işləyir.
K.P.Paşayev SSRİ məkanında bir çox elmi şuraların üzvü olmuş,
hal-hazırda ADİU-nun Elmi Şura və Müdafiə Şurasının üzvüdür. K.P.Pa-
şayev onlarla namizədlik dissertasiyasının elmi rəhbəri olmuşdur. K.P.Pa-
şayev 2 monoqrafiyanın, 2 dərsliyin, 5 dərs vəsaitinin, 100-lərlə məqalə,
tezis, kitab, proqram və s. müəllifidir. Onlardan 1 monoqrafiya, broşüra
və onlarla məqalələri Moskva və digər respublikalarda çap edilmişdir.
K.P.Paşayevin Moskva şəhərində çap edilmiş “Upravlеniе оptоvоy
tоrqоvli” monoqrafiyasına Bolqarıstanda, Polşada və keçmiş Almaniya
Demokratik Respublikasında rəylər çap edilmişdir.