202
VƏZİROV ASLAN
FƏRHAD OĞLU
1910-cu ildə Bərdə yaxınlığındakı
Zümürxan kəndində anadan olmuşdur.
Sovet Ordusu polkovniki, Sovetler İttifaqı
qəhrəmanıdır. 1928-ci ildə Zaqafqaziya
Hərbi-piyada məktəbini, 1930-cu ildə Le-
ninqrad Hərbi-mühəndis məktəbini, 1941-ci
ildə isə Moskva Hərbi-mühəndis Akade-
miyasını bitirmişdir.
Aslan Vəzirov 1927-ci ildə Sovet or-
dusunda hərbi qulluğa başlamışdır. Hərbi-mühəndis məktəbini bitirdikdən
sonra Sovet İttifaqının müxtəlif hərbi qarnizonlarında qulluq etmişdir.
Böyük Vətən müharibəsinin başladığı ilk günlərdən o, hərbidə olmuşdur.
Şimali Qafqaz cəbhəsindəki 5-ci mühəndis-texniki briqadasına, Ukrayna
cəbhəsindəki mühəndis-texniki briqadasına və Belorusiya cəbhəsindəki
qvardiya şturmavoy mühəndis-minaaxtaranlar briqadasına komandanlıq
etmişdir. Aslan Vəzirov 20 aprel 1945-ci ildə Oder çayını döyüşə-döyüşə
keçməkdə xüsusilə fərqlənmişdir. Sonra Aslan Vəzirov düşmənin güclü
atəşləri altında 70-ci birləşmiş orduya da başçılıq etmişdir. 3 gün ərzində
sahili tərk etməyib, briqadanın şəxsi heyətini ruhlandıraraq, cəsarət və
qorxmazlıq rəmzi oldu. Göstərdiyi bu şücaətə və cəsarətə görə ona “Sovet
İttifaqı qəhrəmanı” adı verildi. O Dneprodzerjinski və Moqilevin sayılan
vətəndaşları siyahısına layiq görülüb.
Vəzirov Aslan Fərhad oğlu müharibədən sonra Kaunas və Voronej
şəhərlərində, 1965-ci ildən isə Bakıda yaşayıb. Böyük Vətən müharibəsi
veteranları şurasının sədri, Respublika Ali Sovetinin deputatı seçilib. O
bir çox orden və medallarla təltif olunub, bunlardan 4 “Qırmızı Bayraq”
ordeni, Polşanın “Qrunvaldın rıtsar xaçı” ordeni və s. adlarını çəkmək
olar. XXI əsrin başlanğıcında Bakı şəhərində rəhmətə gedib və orada da
dəfn olunub.
|