200
RƏCƏBOV RƏCƏB
1913-cü ildə Bərdə rayonunun Qasım-
bəyli kəndində anadan olmuşdur. Orta
təhsilini Bərdə şəhərində almış, 1931-ci
ildə Azərbaycan Dövlət Tibb İnstitutunun
müalicə-profilaktika şöbəsinə daxil olmuş,
1936-cı ildə oranı bitirmişdir. O, respub-
likamızın müxtəlif rayonlarında əhalinin
sağlamlığı keşiyində dayanmış və çalışdı-
ğı yerlərdə səhiyyə işlərinin təşkilatçısı ol-
olmuşdur. 1938-1940-cı illərdə Mirbəşir (indiki Tərtər) rayon xəstəxana-
sının baş həkimi vəzifəsində çalışmışdır. 1941-1942-ci illərdə Bərdə Mər-
kəzi rayon xəstəxanasının baş həkimi, 1942-1944-cü illərdə Bərdə rayon
ZDS İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. O, II Dünya Mü-
haribəsinin iştirakçısıdır. 1944-1945-ci illərdə İranın Xoy şəhərində işlə-
mişdir. 1945-1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda cərra-
hiyyə kafedrasında assistent vəzifəsində çalışmışdır. 1949-1959-cu illərdə
yenidən Bərdə Mərkəzi rayon xəstəxanasının baş həkimi, 1959-1970-ci
illərdə baş həkimin müalicə işləri üzrə müavini vəzifələrində çalışmışdır.
1959-cu ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik
adı almışdır. 1970-1975-ci illərdə o, Azərbaycan Dövlət Tibb İnstitutu-
nun müəllimi olmuş, 1975-ci ildən ömrünün sonuna kimi Bərdə Mərkəzi
rayon xəstəxanasının baş həkimi vəzifəsində çalışmışdır. “Qırmızı əmək
bayrağı” ordeni, “Əməkdə fərqlənməyə görə” medalı və fəxri fərmanlarla
təltif olunmuşdur.
Dostları ilə paylaş: |