223
Cütayaqlı əcinəmi?
Vazehin də şeirlərin
oğurlayıb
bir “alman”
amma nə olsun, –
ölünü də ittiham edir
zaman!...
Ey daşları, divarları
oxuyan tarixçilər!
Mənim ulu hörmətimi
tarix bilər,
mənim əsl qiymətimi
tarix verər...
Verin mənim hörmətimi!
Verin mənim qiymətimi!
Mən Bərdəyəm!
Qurumayıb suyum hələ –
inanıram,
su bu arxdan bir də gələ,
isgəndərlər məğlub ola
qana-qana, bilə-bilə,
nüşabələr qalib ola
gülə-gülə...
Mən Bərdəyəm!
Səxavətdir hər qarışım,
bin-bərəkət adasıyam,
qədim-qədim paytaxtların,
qoca-qoca şəhərlərin
anasıyam!
keçmişimlə öyünmürəm,
sabahımı
mən tarixə yazasıyam!
224
NOVRUZ GƏNCƏLİ
BƏRDƏ PAMBIQÇILARINA
Salam, qəhrəmanlar, salam, igidlər,
Salam bərəkətli əllərinizə!
Salam, yaşıl dağlar, vüqarlı dağlar,
Salam bərəkətli çöllərinizə!
Salam, ağ pambığı qar kimi təmiz,
Süd kimi qaynayan-daşan bir dəniz,
Bəyaz çadra örtmüş, dərdsiz, qənirsiz;
Gəlintək həyalı, ismətli Bərdə!
Salam tarlaları köpüklü ümman.
Hər keçən anından səadət uman,
Hər addım başında qurub-yaradan,
Böyüyü, kiçiyi hörmətli Bərdə.
Demə, şair burdan gedəndən bəri
Unutdu tərtəmiz bizim elləri.
O mərd oğulları, mərd gözəlləri
Unutmaz dostluqda şöhrətli Bərdə!
Qızların dağ gülü, dağ nanəsidir,
Paklığın, saflığın nişanəsidir,
Dahi Nizaminin Nüşabəsidir,
Hər sözü-söhbəti hikmətli Bərdə!
Evdə anadırlar, tarlada aslan,
Sevməzlər qəhrəman olmasa oğlan.
İgidlər yurdudur başdan-binadan
Torpağı qüdrətdən qüdrətli Bərdə!
Bilirəm, bu günkü xoş səadətin
Taxtına qaldırdı səni zəhmətin.
Görüm əksilməsin varın-dövlətin,
Desinlər adına: nemətli Bərdə.
Asan ucalmadın bu zirvəyə sən,
Ağır günlərinin şahidiyəm mən.
Eşitsin səsimi anamız Vətən:
Düşməz bu zirvədən qeyrətli Bərdə!
Dostları ilə paylaş: