163
İBRAHİMOV ÇƏRKƏZ
İSMAYIL OĞLU
İbrahimov Çərkəz İsmayıl oğlu 1922-ci
ildə Bərdə rayonu Məşədiibişli kəndində
anadan olmuşdur. 1930-cu ildə Məşədi-
ibişli kənd ibtidai məktəbinin 1-ci sinfinə
daxil olsa da, atasının işi ilə əlaqədar Bər-
də rayonu Nazırlı kəndinə köçmüş və 7 il-
lik məktəbi orada bitirərək, Gəncə şəhərin-
dəki Pedaqoji texnikuma qəbul olmuşdur.
1942-ci ildə texnikumu bitirdikdən sonra 1943-cü ilə qədər Nazırlı
kəndində müəllim işləmişdir. 1943-cü ildə Böyük Vətən müharibəsində
iştirak etmək üçün cəbhəyə getmiş, Ukrayna cəbhəsində yaralanaraq arxa
cəbhəyə qaytarılmış və 1946-cı ildə Bərdə rayonunun Mollalı kəndinə
müəllim təyin olunmuşdur.
1949-cu ildə Bakı şəhərində Pedaqoji İnstitutun Tarix-coğrafiya fa-
kültəsinin qiyabi şöbəsinə daxil olmuş və 1953-cü ildə oranı bitirmişdir.
1949-cu ildə Mollalı kəndində məktəb direktoru vəzifəsinə təyin
olunmuş, ömrünün sonuna qədər bu məktəbdə işləmişdir. Şagirdlərinin
xatirəsində Azərbaycan tarixini gözəl bilməsi və məhdudiyyətlərə baxma-
yaraq dərindən tədris etməsilə qalıb.
O həmişə şagirdlərinə deyərdi ki, öz vətəninizin tarixini mükəm-
məl bilməsəniz, onun böyüklüyünü anlamaz, layiqincə sevməzsiniz. Həd-
siz səxavətli və geniş dünyagörüşlü Çərkəz müəllim Vətəninə, xalqına
olan sonsuz sevgisini dərs dediyi yeniyetmələrə ötürməyi çox gözəl baca-
rırdı. Bu sevginin şölələri bu gün də sönməyib və nəsildən-nəsilə ötürülür.
Çox təəssüf ki, Tanrı bu gözəl insana çox az ömür bəxş etdi.
1976-cı il mart ayının 13-də gözəl arzularla döyünən qəlbi qəflətən
dayandı.
|