A k ġ f k a m a L


noyabr 1994-cü il gecə saat 2.12



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə177/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   173   174   175   176   177   178   179   180   ...   197
11 noyabr 1994-cü il gecə saat 2.12 
Gecəyarıdır. Axşam həyəcan siqnalı verildi. Mən bütün əsgərləri 
qaldırıb səngərlərə düzdüm, əsgər və zabitlərə tapşırıqlar verdim. Yadigar 
xəstə  olduğu  üçün  onu  qazmada  qoyduq.  Şahinlə  və  rabitəçi  ilə  ön 
mövqeyi gəzdim. Əsgərlərin vaxtında öz səngərlərini tutmalarına nəzarət 
etdim. İndi qazmada oturub çay içirik. Ratsiyada tabor komandanlığından 
vəziyyəti soruşurlar.  
Artıq  soyuqlar  düşüb,  əsgərlərə  qış  gödəkcələri  paylamışıq. 
Tağımlardan birini ikinci eşalonda yerləşdirəcəyəm. Onların 


 
294 
Əridərəm ürəyimin yağını, 
Ay batanda çıraq olam dağlara. 
Ə n v ə r  R z a 
qazmaları  üçün  soba  lazımdır.  Əvvəlcədən  odun tədarükünə  başlamışıq. 
Qurumuş  üzüm  tənəklərini  doğrayıb  yandırırıq.  10  gündən  çoxdur  ki, 
yenə də çörək az verilir. Yaxın bölgələrin əsgərlərini çörək üçün evlərinə 
göndərirəm. Dünən iki sutkadan sonra bölüyə-75 nəfərə- dörd ədəd çörək 
verildi.  Hər  tağıma  bir  çörək  və  dördüncü  çörəyi  də  üç  yerə  bölüb 
əsgərlərə  göndərdim.  Biz  zabitlər  isə  vermeşillə  kifayətlənməli  olduq. 
Bütün bu çatışmamazlıqlara baxmayaraq əsgərlərin əksəriyyətini dözmlü 
olmağa  çağırırıq  və  biz  komandirlərin  səyi  nəticəsində  düşmən 
qarşısındakı  səngərlər  boşalmır.  Bu  çətinliklərə  dözməyən  əsgərlər  də 
olur.  Onlar  özbaşına  çıxıb  gedir  və  bir  daha  geri  qayıtmırlar.  Elələri  də 
olur ki, özbaşına çıxıb getdikdən sonra səngərdəki yoldaşlarını tək və ac 
qoymamaq  üçün  evdən  xeyli  ərzaq  və  çörək  götürərək  yenidən  geri 
qayıdırlar...  

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin