29 sentyabr 1995-ci il saat 10.20 Bu gün güclü yağış yağdı. Bir neçə gündür ki, komandirlərin
döyüş hazırlığı toplanışına gedirəm. Hər gün hərbi hissə qərərgahına
gedirəm. Dünən maşının sükanı qırıldı və maşınımız kanala düşdü. Kiçik
yaralarla qurtulduq. Başqa maşın olmadığına görə Mirəşelli kənd sakini
Şahmarın maşını ilə qərərgaha getdim. Şahmarın qardaşı Cümşüdlə tanış
297
olmuşam. Adi bir traktorçudur, amma gözəl şerlər yazır. Iki aydır ki,
evdən xəbərim yoxdur. Məzuniyyət versələr evə baş çəkərdim...