8 avqust 1995-ci il saat 13.42 Yenə ön mövqedəyik. Hərbi hissə komandiri polkovnik Ramiz
Cəfərovdan xahiş etdim ki, cəbhə zolağı uzun olduğundan ön mövqedə
çətinlik çəkirik. Komandir Xaçınçayın sol sahilini 1-ci tabora təhvil
verməyi tapşırdı. Artıq cəbhə xətti beş kilometrdir. Buna görə də
bölüklərin birini ehtiyata çıxardıq və məktəbdə yerləşdirdik.
12 sentyabr 1995-ci il saat 23.00 Bizim batalyon yenə ön mövqedə müdafiədədir. Işim çox olur.
Həm səngərləri yoxlayır, yeni müdafiə qurğuları düzəltdirir, əsgər və
zabitlərə ön mövqedə tapşırıqlar verir, ehtiyatda olan bölüyün təlimləri ilə
məşğul olur, həm də qərərgahda sənədləri qaydaya salıram. əsgər
Əlizamin və Əjdər bu barədə mənə yaxından kömək edirlər. Bir neçə
həftə əvvəl tabor komandirini həbs etdilər. Ağdamın işğalı ilə əlaqədar
onu günahlandırırlar.
Iki gün əvvəl komandirdən icazə alıb baş minaatan batareyasının
komandiri leytenant Ə.Abbasovla Goranboya-əsgər Vüsal Verdiyevin
toyuna getmişdik. Yolüstü atam-anamla da görüşdüm. Onlar
Xanqərvənddə yaşayırlar...