298
Son söz əvəzi
Döyüşdə olduğum illəri, ayları, günləri, saatları ömrümün ən
şərəfli anları hesab edirəm. Düşmənlə döyüşmək-Vətənə məhəbbətdən,
torpağa bağlılıqdan doğan elə bir istəkdir, elə bir hissdir ki, bu hissi hətta
sözlə də ifadə etmək mümkün deyil...
Qarabağın azad olunması üçün aparılan saysız-hesabsız
döyüşlərdə iştirak etdik, dəfələrlə mühasirəyə düşdük, ölümlə üz-üzə
gəldik, lakin, heç vaxt ümidsiz qalmadıq. Torpağa, Vətənə olan sevgi
hissi bütün ölüm təhdidlərinə üstün gəldi. Vətən sevgisi və yüksək döyüş
ruhu, bütün çıxılmaz vəziyyətlərə, mühasirələrə, qarlı dağların ölüm
hədələrinə sinə gərməyə bizi vadar etdi və biz bu vətən sevgisi ilə
Azərbaycan ordusunun döyüş salnaməsinə şanlı səhifələr yazdıq!!!
Bəzən müharibəyə könüllü gedənləri “fanat” adlandıranlar da
olur. Mən isə bu sözü heç cür qəbul edə bilmirəm. “Fanat”-sözü
düşünmədən, dərk etmədən edilən hərəkət deməkdir. Lakin, ağlın yerində
ola-ola və düşünərək ki, bu yolda ölə bilərsən, yaralana bilərsən, öz
doğmalarını gözü yaşlı qoya bilərsən, yenə də dönmədən döyüşə gedəsən
–bax belələrini “fanat” adlandırmaq düz olmaz...
Müharibə qurtardı, ya qurtarmadı-aradan çox illər ötdü. Günlər
ayları, aylar fəsilləri, fəsillər illəri gətirdi. “Atəşkəs” illəri bir-birini əvəz
etdi. Lakin, nə Dağlıq Qarabağı, nə də onun ətrafındakı bölgələri-
Kəlbəcəri, Laçını, Şuşanı, Ağdamı, Fizulini, Cəbrayılı, Qubadlını,
Zəngilanı azad edə bildik. Bu torpaqlarımız da Göyçə, Zəngəzur, Vedi,
Dərələyəz, Ağbaba, Loru, Borçalı, Dərbənd, Kərkük kimi itirilmiş
torpaqlarımıza qoşuldu. Qarabağ müharibəsində iştirak etmiş təcrübəli
döyüşçülər və komandirlər ordu sıralarından tərxis olundular. Ordu
sıralarında onların yerini hərbi məktəbləri bitirmiş gənc zabitlər və 18-20
yaşlı gənc əsgərlər tutdular. Hazırkı ordumuz da nizam-intizamlı, güclü
və yenilməz bir orduya çevrilmiş, hər an düşmənə lazımi zərbə vurmaq
üçün hazırdır.
Hərdən Qarabağ müharibəsindən sağ qalmış döyüşçü yoldaşlarla
görüşür, müharibə günlərini xatırlayırıq. Lakin, qəlbimizin
dərinliklərində
bizi rahat buraxmayan bir qisas hissi yatır. Biz-Qarabağ müharibəsinin
döyüşçüləri- döyüşlər zamanı düşmənə layiqli cavab versək də, hələ də
son sözümüzü deməmişik və son sözümüzü deməyin məqamını
gözləyirik. Döyüşdə olduğum kimi, bu sətirləri yazanda da həyəcan
keçirirəm. Torpağımız düşmən tapdağında ola-ola, ata-baba qəbirləri
ermənilər tərəfindən dağıdıldığı halda, qanında babalarımızın döyüş
ruhunu gəzdirən hər bir soydaşıma-istər kişi olsun, istərsə də qadın olsun-
rahat yaşamağı, sakit oturmağı qəbahət sayıram.
Biz-həmin itirilmiş
299
torpaqları-dədə-babalarımızın min illərlə şərəflə qoruduqları torpaqları-
döyüşlə geri qaytarmalı və gələcək nəslimizə töhmət olmamalıyıq.
Qoy məğlubiyyəti döyüşməyənlər öz alınlarına yazsınlar! Biz-
döyüşənlər məğlub olmadığımızı sübut etmək üçün düşmən üzərinə bir
daha getməyə hazırıq!
Qələbə - elə bir ecazkar nemətdir ki, onun şirinliyini şəkərlə,
balla, hətta dünyada olan nemətlərin heç biri ilə müqayisə etmək olmaz.
Bu nemətin ləzzətini, yalnız, özün dadandan sonra dərk edirsən. Qarabağ
uğrundakı döyüşlərdə həmin qələbə nemətindən çox dadmışıq. Ona görə
də qələbənin nə olduğunu biz-keçmiş döyüşçülər-daha yaxşı bilirik və
dərk edirik. Döyüşçü dostlarıma və bütün xalqıma torpaqlarımızı azad
görməyi və qələbə nemətini dadmağı arzulayıram!
Millətimə ulularımızın bizə miras qoyduqları döyüş ənənələrini
davam etdirməyi, Cavanşir, Babək, Bayandur xan, Qazan xan, Koroğlu,
Qaçaq Nəbi və yüzlərlə, minlərlə tarixi qəhrəmanlarımız, həmçinin,
Qarabağ uğrunda döyüşən qəhrəman oğullarımız kimi, torpaq və vətən
qeyrətini çəkməyi arzu edirəm!
Qoy bizim analarımız öz qızlarına daş-qaş əvəzinə qılınc və
tüfəng, ev əşyaları əvəzinə müqəddəs bayrağımızı, “Dədə Qorqud”,
“Koroğlu”, “Qaçaq Nəbi”, “Qaçaq Kərəm”-dastanlarını, cehiz versinlər.
Məhz, elə bu dastanlarımızda ən ülvi insani duyğular - torpaq məhəbbəti,
vətən həsrəti, yurd sevgisi, ata qeyrəti, oğul şücayəti, ana müqəddəsliyi,
qardaş dönməzliyi, bacı namusu vardır.
Qoy bizim hər bir övladımız, Qarabağ uğrunda qəhrəmanlıq
göstərmiş oğullarımız haqqında yazılanları dönə-dönə oxusunlar.
Qoy bizim ana və bacılarımız öz övladlarına xalqımızın
qəhrəmanlıq
ənənələrini öyrətsinlər, onları doğma torpaqların
müdafiəçiləri kimi böyütsünlər!
Biz onda böyük millət olarıq ki, analar öz oğullarını döyüşə
göndərə bilsinlər! Biz onda böyük millət olarıq ki, ana öz oğlunun vətən
uğrunda şəhid olmasına heyifsılənməsin!
Biz onda millətlər içərisində sayılarıq ki, hər bir ata öz oğlunu
düşmən qarşısına çıxara bilsin!
Biz onda yenilməz olarıq ki, hər bir oğul vətən harayına qalxa
bilsin! Biz onda işğal olunmuş torpaqlarımızı geri qaytararıq ki,
qızlarımız vətən uğrunda döyüşməyəni sevməsinlər!
Bizim onda dünya xalqları qarşısında deməyə sözümüz olar ki,
torpağımızı düşmən tapdağından azad edək!
Dostları ilə paylaş: