14
və digər əşyalar gətirdik. Biz bu işləri bircə gündə yerinə yetirdik. Bütün
bu əşyaların hamısını özümüz maşınlara yüklədik, boşaltdıq və idman
zalına daşıdıq. Artıq məktəbin bir hissəsi və idman zalı qaydaya salınıb.
Axşam İcraiyyə komitəsinin sədrinə məlumat verdik. Əsgər və
zabitlərin batalyona çağırılması üçün hərbi komissarlıq qarşısında tapşırıq
qoyuldu. 400 nəfər rus ordusunda xidmət etmiş, silahla davranış
qaydalarını bilən, ehtiyatda olan bacarıqlı əsgər və zabitlər batalyonda
xidmətə çağırılacaq. Biz öz öhdəmizə düşən işləri vicdanla və həvəslə
yerinə yetirir, artıq öz ölkəmizin ordusu olacağına sevinirik.
Dostları ilə paylaş: