19
Uzundərə hərbi bazasından xeyli sursat daşıtdırmışam. Təchizat üzrə
komandirin müavini kimi bu işlərin əksəriyyəti mənim üzərimə düşür.
Bundan başqa 1992-ci ilin yanvar ayında İstisuda və Taxta düzdə
rus hərbçilərini tərksilah edərək xeyli avtomat, pulemyot, qumbaraatan,
patron və mərmi ələ keçirdik. Bu “əməliyyat”da batalyonun könüllü
döyüşçülərdən olan Elxan Əliyevin fəaliyyəti çox böyük idi. Lakin rayon
rəhbərləri, prokuror və digərləri bildirdilər ki, biz silahları ruslara
qaytarmasaq, onlar dinc əhalini girov götürəcək və Xankəndinə
aparacaqlar. Biz dinc əhalinin zərər çəkməməsi üçün məcbur olub silah
və sursatı ruslara qaytardıq.
Həmin gecə məlum oldu ki, rus batalyonunda xidmət edən və bu
işlərdə bizə kömək etmiş azərbaycanlı əsgər Elşadı (Mingəçevirdəndir)
həbs edib Xankəndinə aparmaq istəyirlər. Gecə saat 3-də mən batalyonun
bir qrup əsgəri ilə rusları maşınının qabağını kəsib Elşadı bizə təhvil
vermələrini tələb etdim. Rus ordusunun zabiti mayor İlqar Əliyev həmin
əsgəri bizə təhvil verməkdən imtina etdi və bildirdi ki, mən həmin əsgəri
həbs edib Xankəndinə aparacam, Azərbaycan ordusunu isə tanımıram.
Bir rus əsgəri isə əlində qumbaranı hazır vəziyyətdə tutaraq Elşadı da
yanında saxlayır, yaxına gələcəyimiz təqdirdə qumbaranı partladacağını
bildirirdi. Vəziyyət döyüş həddinə çatmışdı. Bu vaxt rusların qərərgah
rəisi olan bir mayor gəldi və bizimlə razılaşaraq əsgər Elşadı bizə təhvil
verdi. İndi Elşad bizim batalyonda xidmət edir.
Təhlükə qorxusu, təhlükənin özündən on min dəfə qorxuludur.
___________________________________________________D.D e f o
Bir neçə gündən sonra ruslar atıcı silahları vertalyota yükləyərək,
Kəlbəcəri tərk etdilər. Onlardan qənimət kimi 20-dək yük maşını, 4-5
ədəd zirehli döyüş maşını qaldı. Lakin, onlar həmin texnikanı yararsız
hala salıblar. Biz həmin texnikanı təmir etməliyik. Maşınlardan birini
əsgər Nəsimi Mehdiyevə, birini isə əsgər Elçin Məmmədova təhkim
etmişik. Onlar gənc əsgər-sürücülərdir. 529 nömrəli zirehli transpartyoru
özüm gedib Şaplar körpüsünün yanından batalyonun həyətinə gətirdim.
Mühərrikinin biri işləmirdi, elə bircə mühərriklə çətinliklə sürüb gətirdik.
Hazırda onu təmir etməyə çalışırıq. İndi bütün Kəlbəcər sərhədlərinin
qorunması bizim öhdəmizə düşür.
Dostları ilə paylaş: