13 dekabr 1991-ci il Bu gün Batalyona 300 nəfər çağırışçı əsgər qəbul etmişik. Rayon İcra
hakimiyyətində toplanış oldu və həmin toplanışda rayon rəhbərliyi və
valideynlər zabitlərə və Azərbaycan ordusunun ilk əsgərlərinə xeyir-dua
verdilər. Bu il yalnız Kəlbəcərdə həqiqi əsgəri çağırış oldu. 1991-ci ildə
Azərbaycanın heç bir bölgəsində əsgəri çağırış olmayıb. Mən əsgərlərin
hərbi komissarlıqdan gətirilməsini, geyindirilməsini və onların hamama
aparılmasını təşkil etdim.
Müdafiə Nazirinin 02 dekabr 1991-ci il tarixli 028 saylı əmrinə
əsasən bizim Müdafiə nazirliyinə təqdim etdiyimiz ştat cədvəli təsdiq
edilib. Ştat cədvəlinə əsasən Batalyonun şəxsi heyəti 550 nəfərdir ki, bu
da beş bölük, avtomobil xidməti, təsərrüfat tağımı, rabitə tağımı və digər
xidmət bölmələrindən ibarətdir. Müdafiə Nazirliyindən zabitlərin
Anadan ayrılanda çətin yaĢarsan, Vətəndən ayrılsan, ölərsən, canım. B ə h m ə n V ə t ə n o ğ l u və yuxarı yaşlı əsgərlərin vəzifələrə təyin edilməsi barədə əmrlər
də gəlib. Bəzi tağım komandirlərinin zabit rütbələri olmasa da onlar ali
təhsilli, hərbi məktəblərdən yarımçıq gələnlər idi. Tağım komandirlərinin
müavinləri və manqa komandirləri yuxarı yaşlı əsgərlərdən-könüllülərdən
təyin edilmişdi. Onlar demək olar ki, batalyonun əsas işlərini yerinə
yetirir, əsgərlərə təlimlər keçir, bizə yaxından kömək edirlər. Hələlik
döyüş əməliyyatlarına onlarla gedirik. Onlardan bir neçəsinin adını qeyd
edirəm: Vahib Allahverdiyev, Elxan Əliyev(İstisu), Elxan Qilvəli oğlu,
Bədir Xıdırov, Zakir Abdullayev (“Alazan Zakir”), Ədalət Rəhimov,
Oqtay Məmmədov, Ədalət Mehdiyev, İslam Qasımov, Ələkbər
Ələkbərov, Ramiz Abışov, Qəzənfər Quliyev, Qalib Şükürov, İsmayıl
İsmayılov, Əli Məmmədov, Fazil Şirinov, Nemət Nadirov, Çingiz Qadir
oğlu Bayramov, Şakir Cabbarov, Natiq Əhmədov, Mübariz Mikayılov,
Xəqani Bayramov, Ərşad İbrahimov, Kamil Mehdiyev (“Spartak”),
Qorxmaz Əsədov, İlqar Əsədov, Həsən Məmmədov, Habil Bayramov,