7 yanvar 1992-ci il Bu gün batalyonun bütün əsgər və zabitləri stadionda qar yağışı
altında and içdik. Əvvəlcə şəhidlər abidəsi önünə əklil qoyduq, sonra
stadionda düzüldük. Hərbi paradı mən düzdüm və qərərgah rəisinə
Əgər analar öz uĢaqlarını döyüĢə göndərmək istəmirlərsə, onda vətən torpağı mütləq düĢmənlərin iĢğalına məruz qalacaq. M ü ə l l i f məlumat verdim. Azərbaycanın üçrəngli bayrağı gətirildi. Rayon
rəhbərləri, ağsaqqallar və valideynlər çıxış edərək bizi təbrik etdilər.
Sonra andiçmə başlandı. Azərbaycan televiziyasından çəkiliş də var idi.
Andiçmə günü hər bir əsgər və zabitin həyatında ən yadda qalan və
əhəmiyyətli bir gün sayılır. Biz isə Kəlbəcər batalyonunu yaradaraq
Vətən üçün böyük bir şərəfli iş gördüyümüzə görə fərəh hissi keçiririk.
Daha torpaqlarımızı ruslara deyil öz əsgərlərimizə etibar edəcəyik.