Ümummilli Liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən 45 il ötür



Yüklə 77,21 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix02.01.2022
ölçüsü77,21 Kb.
#2269
1   2
şəraitdə  həyata  keçirilən  tədbirlər  nəticəsində  Muxtar  Respublikada  sənaye  və  tikinti  sahələrinin, 

aqraq-sənaye  kompleksinin  və  onun  istehsal  infrastrukturunun  yüksək  inkişafı  baş  verdi.  Qədim 

Naxçıvan  öz  mineral  suları  hesabına  keçmiş  Sovetlər  İttifaqı  ölkələrində  və  beynəlxalq  iqtisadi 


məkanda  tanındı.  1969-cu  ildən  sonra  Naxçıvan  Muxtar  Respublikası  böyük  tikinti  meydançasına 

çevrildi. Bu illərdə Möhtərəm Heydər Əliyevin respublikanın rəhbəri kimi Naxçıvana səfərləri mühüm 

obyektlərin,  yaşayış  sahələrinin  istifadəyə  verilməsi  ilə  əlamtdar  olub,  sosial  obyektlərin  tikintisinə 

ciddi  diqqət  yetirilmişdir.  Milli  memarlığın  son  naliyyətlərini  özündə  əks  etdirən  binaların  tikilib 

istifadəyə  verilməsi  xalqın  mədəniyyətinə,  təhsilinə  qayğının  ən  parlaq  təzahürüdür”.

 

 

Keçən  əsrin  90-cı  illərinin  əvvəllərində  yenicə  müstəqillik  əldə  etmiş  Azərbaycan  Respublikası  ağır 



iqtisadi-siyasi  vəziyyətdə  yaşayırdı.  Xalqımız  dözülməz  siyasi  böhranın  məngənəsində  çalxalanır, 

başı  pozuq  rəhbərlər  isə  bu  vəziyyəti  günü-gündən  daha  da  ağırlaşdırır,  vətəndaş  qarşıdurmasına 

rəvac  verirdilər.  Bu  dövrdə  müxtəlif  maneələrə  baxmayaraq,  Azərbaycan  xalqının  yekdilliklə 

inandığı  və  güvəndiyi  böyük  şəxsiyyət  Heydər  Əliyev  1991-ci  ilin  payızında  təntənəli  şəkildə 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sədri seçildi. Azərbaycanda mövcud bütün 

dövlət orqanlarının rəhbərləri öz sabatsızlıqları ucbatından respublikanı xaosa sürükləyir, insanlarda 

sabaha inam hissini öldürmüşdülər.  

 

Belə  bir  şəraitdə  Heydər  Əliyevin  rəhbərliyi  ilə  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  və 



bütün  strukturlarının  ahəngdar  fəaliyyəti,  əhalinin  əzimkarlığı  və  yüksək  ruhla  erməni  silahlı 

quruplaşmalarından  qorunması  respublikada  ümumi  vəziyyətin  normallaşacağına,  Heydər  Əliyev 

ölkənin siyasi rəhbərliyinə gələrsə, hər şeyin yoluna düşəcəyinə, mövcud bəlalardan xilas olacağına 

ümid çırağı yandırırdı.  

 

O  dövrdə Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin qəbul  etdiyi bir çox qərarlar, həqiqətən  də, 



sonralar Azərbaycan Respublikasının başlıca qanunvericilik aktlarının yaradılması üçün təməl rolunu 

oynamışdır.  

 

Xalqımızın  və  dövlətimizin  əlamətdar  hadisələrinə  və  bayramlarına  çevrilən  bir  sıra  qərarlar  və 



hadisələr  də  məhz  Heydər  Əliyevin  Naxçıvanda  rəhbər  olduğu  dövrdə  vermiş  olduğu  müdrik 

qərarlara söykənmişdir. Bu qərarlardan biri də bu il möhtərəm Prezident İlham Əliyevin 14 yanvar 

tarixli sərəncamı ilə 90 illik yubileyinin qeyd olunduğu Naxçıvanın Muxtariyyətinin statusu ilə bağlı 

idi.  Məhz  Ulu  Öndərin  məqsədyönlü  siyasəti  sayəsində  bu  məsələdə  də  tarixi  uğura  imza  atıldı, 

blokada  şəraitində  yaşayan  Naxçıvanın  statusunun  qorunması  və  müdafiəsi  istiqamətində  tutarlı 

sənədlər əldə edildi.  

 

Dövlət  müstəqilliyimizin  taleyi,  möhkəmləndirilməsi  və  gələcək  nəsillərə  çatdırılması  yolunda  milli 



tariximizin  yaradıcısı  və  müasir  müstəqil  dövlətimizin  qurucusu  olan  Ümummilli  Liderimiz  Heydər 

Əliyevin  siyasi  uzaqgörənliyi  və  sarsılmaz  iradəsi  ilə  Azərbaycanın  demokratik  dövlət  olaraq 

əsaslarını  hazırlamaq  mərhələsində  olduğu  kimi  Naxçıvanın  muxtariyyatı  ilə  bağlı  vermiş  olduğu 

siyasi  və  tarixi  qərarlar  da  milli  dövlətçilik  xəritəsində  Naxçıvan  Muxtar  Respublikasının  yerinin  və 

rolunun qeyri-adi cəsarət, müdriklik və uzaqgörənliklə göstərildiyini dəqiqliklə ortaya qoymuşdur.  

 

Bu  gün  Naxçıvan  Muxtar  Respublikası  iqtisadi  və  sosial  inkişafın  yekun  nəticələrinə  görə 



respublikamızın digər regionlarından əsaslı şəkildə fərqlənir. Bu ilin 5 ayının statistik məlumatlarına 

əsasən  Muxtar  Respublikada  783  milyon  975  min  manatlıq  ümumi  daxili  məhsul  istehsal 

olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur (adambaşına düşən 

ümumi daxili məhsul 2.3 faiz artmışdır). Sənaye istesalı artmış, onun 95,9 faizi malların, 4,1 faizi isə 

xidmətlərin  payına  düşür.Əsaslı  tikinti,  kənd  təsərrüfatı,  nəqliyyat,  informosiya  və  rabitə,  əmtəə 



dövriyyəsi  və  pullu  xidmət,  kredit  resurslarından  istifadə,  sığorta  fəaliyyəti,  turizm,  xarici  ticarət, 

əhalinin  gəlirləri,  əməkhaqqı,  bank  əmanətləri,  demoqrafik  vəziyyət  sahələrindəki  real  göstəricilər 

Naxçıvan Muxtar Respublikasının bu günkü inkişaf xəttini göstərən əsas meyarlar hesab edilir.  

 

Bütün  bu  uğurların  əldə  edilməsi  Heydər  Əliyevin  əsasını  qoyduğu  düzgün  və  məqsədyönlü 



siyasətin varlığı ilə, bu yola bağlı olan davamçıların apardığı gərgin işi ilə, siyasətlə birbaşa bağlıdır. 

Heydər  Əliyevin  dövlət  siyasətində  həyata  keçirdiyi  önəmli  məsələlərdən  biri  də  kadr  siyasətinin 

düzgün  müəyyənləşdirilməsi  olmuşdur.  Odur  ki,  dünya  şöhrətli  siyasətçi  və  dövlət  xadimi  Heydər 

Əliyevin  2003-cü  ildə  dünyasını  dəyişməsi  də  Azərbaycanın  haqq  yolunun  dəyişməsi  ilə 

nəticələnməmiş,əksinə  bu  yol  möhkəmlənmiş,  Prezident  İlham  Əliyevin  uğurlu  simasında  daha  da 

inkişaf etmişdir. 

 

Gələcək  inkişafın  əsas  meyarlarından  olan  varislik  prinsipi  böyük  siyasi  xadim,  prezident  İlham 



Əliyevin sayəsində bir daha öz təsdiqini tapmişdır. Beləliklə, Prezident İlham Əliyev seçimilə ölkəmiz 

böyük tərəqqiyə aparan yolun – Heydər Əliyev yolunun davam etdirilməsinə səs vermiş oldu.  

 

1993-2003  cü  illərdə  böyük  Heydər  Əliyevin  siyasi  hakimiyyət  dövrü  dövlətimizin  var  olması, 



yaşaması və inkişafı baxımından təkrar olunmaz və müqayisəsiz illər kimi tarixə çevrilmişdir. Bu gün 

İlham  Əliyev  Ümummilli  Liderimizin  inamını  ləyaqətlə  doğrultmuş,  bu  yolda  taleyüklü  planları 

cəsarətlə  həyata  keçirməkdədir.  Təsadüfü  deyil  ki,  biz  bu  gün  Azərbaycanımızı  onun  əzəli  torpağı 

olan  Naxçıvanın  timsalında  inkişaf  sürətinə  görə  bir  çoxinkişaf  etmiş  ölkələrlə  müqayisə  etmək 

iqtidarındayıq.  Bütün  bunlar  həyata  keçirilməkdə  olan  Heydər  Əliyev  siyasətinin  uğurlu 

gələcəyindən xəbər verir.  

 

Bu  ilin  aprel  ayında  Naxçıvan  Muxtar  Respublikasının  90  illik  yubleyinə  həsr  olunmuş  möhtəşəm 



zirvə  tədbirində  cənab  prezidentimiz  İlham  Əliyevin  çıxışı  bu  günkü  Naxçıvan  reallıqlarının,  onun 

inkişafının,  müasir  Azərbaycan  modelinin  dünya  gərçəkliklərindəki  yerini,  rolunu  və  əhəmiyyətini 

bir  daha  açıq  şəkildə  təsəvvür  etməyə  imkan  yaratmışdır.  Dövlət  başçısının  iti  təfəkkürü 

səviyyəsində  konkret  və  ümumi  şəkildə  qiymətləndirilər  müasir  Naxçıvanın  inkişafı  elə  bu  günkü 

inkişafımızın  aparıcı  simalarından  sayılan  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  sədri  cənab 

Vasif  Talıbovun  da  qeyd  etdiyi  kimi  məhz  Ulu  Öndər  Heydər  Əliyevin  1990-cı  illərin  əvvəllərində 

Azərbaycana – Naxçıvana qayıtması və onun xalqımızın dəvətilə yenidən siyasi hakimiyyətə gəlməsi 

ilə 


bağlıdır.

 

 



Bu  gün  hər  bir  şüurlu  azərbaycanlı  hesab  edir  ki,  cənab  Prezidentimiz  İlham  Əliyevin  rəhbərliyi  ilə 

aparılan  siyasət,  ərazi  bütövlüyümüzün  bərpası,  Ermənistan  –  Azərbaycan  Dağlıq  Qarabağ 

münaqişəsinin  həlli  istiqamətində  böyük  səylə  görülən  işlər,  bütün  sahələrdə  həyata  keçirilən 

islahatlar,  milli  potensialın  dövlətin  inkişafına  yönəldilməsi,  Azərbaycanın  beynəlxalq  aləmdə  real 

nüfuz  sahibi  kimi  çıxış  etməsi  bütün  sahələrdə  Heydər  Əliyev  ideyalarına  ən  böyük  sədaqətin 

nümunəsi hesab edilə bilər. 

“Dünyanın heç bir qüdrətli ordusu böyük ideyanın qarşısında duruş gətirə bilməz” (Viktor Hüqo).

 

 



 

BƏXTİYAR ƏSGƏROV 

 

Naxçıvan Muxtar Respublikasının

 

Bakı şəhərində daimi nümayəndəsi,

 

filologiya üzrə fəlsəfə doktoru.

 

Yüklə 77,21 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin