məkanda tanındı. 1969-cu ildən sonra Naxçıvan Muxtar Respublikası böyük tikinti meydançasına
çevrildi. Bu illərdə Möhtərəm Heydər Əliyevin respublikanın rəhbəri kimi Naxçıvana səfərləri mühüm
obyektlərin, yaşayış sahələrinin istifadəyə verilməsi ilə əlamtdar olub, sosial obyektlərin tikintisinə
ciddi diqqət yetirilmişdir. Milli memarlığın son naliyyətlərini özündə əks etdirən binaların tikilib
istifadəyə verilməsi xalqın mədəniyyətinə, təhsilinə qayğının ən parlaq təzahürüdür”.
Keçən əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikası ağır
iqtisadi-siyasi vəziyyətdə yaşayırdı. Xalqımız dözülməz siyasi böhranın məngənəsində çalxalanır,
başı pozuq rəhbərlər isə bu vəziyyəti günü-gündən daha da ağırlaşdırır, vətəndaş qarşıdurmasına
rəvac verirdilər. Bu dövrdə müxtəlif maneələrə baxmayaraq, Azərbaycan xalqının yekdilliklə
inandığı və güvəndiyi böyük şəxsiyyət Heydər Əliyev 1991-ci ilin payızında təntənəli şəkildə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sədri seçildi. Azərbaycanda mövcud bütün
dövlət orqanlarının rəhbərləri öz sabatsızlıqları ucbatından respublikanı xaosa sürükləyir, insanlarda
sabaha inam hissini öldürmüşdülər.
Belə bir şəraitdə Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və
bütün strukturlarının ahəngdar fəaliyyəti, əhalinin əzimkarlığı və yüksək ruhla erməni silahlı
quruplaşmalarından qorunması respublikada ümumi vəziyyətin normallaşacağına, Heydər Əliyev
ölkənin siyasi rəhbərliyinə gələrsə, hər şeyin yoluna düşəcəyinə, mövcud bəlalardan xilas olacağına
ümid çırağı yandırırdı.
O dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi bir çox qərarlar, həqiqətən də,
sonralar Azərbaycan Respublikasının başlıca qanunvericilik aktlarının yaradılması üçün təməl rolunu
oynamışdır.
Xalqımızın və dövlətimizin əlamətdar hadisələrinə və bayramlarına çevrilən bir sıra qərarlar və
hadisələr də məhz Heydər Əliyevin Naxçıvanda rəhbər olduğu dövrdə vermiş olduğu müdrik
qərarlara söykənmişdir. Bu qərarlardan biri də bu il möhtərəm Prezident İlham Əliyevin 14 yanvar
tarixli sərəncamı ilə 90 illik yubileyinin qeyd olunduğu Naxçıvanın Muxtariyyətinin statusu ilə bağlı
idi. Məhz Ulu Öndərin məqsədyönlü siyasəti sayəsində bu məsələdə də tarixi uğura imza atıldı,
blokada şəraitində yaşayan Naxçıvanın statusunun qorunması və müdafiəsi istiqamətində tutarlı
sənədlər əldə edildi.
Dövlət müstəqilliyimizin taleyi, möhkəmləndirilməsi və gələcək nəsillərə çatdırılması yolunda milli
tariximizin yaradıcısı və müasir müstəqil dövlətimizin qurucusu olan Ümummilli Liderimiz Heydər
Əliyevin siyasi uzaqgörənliyi və sarsılmaz iradəsi ilə Azərbaycanın demokratik dövlət olaraq
əsaslarını hazırlamaq mərhələsində olduğu kimi Naxçıvanın muxtariyyatı ilə bağlı vermiş olduğu
siyasi və tarixi qərarlar da milli dövlətçilik xəritəsində Naxçıvan Muxtar Respublikasının yerinin və
rolunun qeyri-adi cəsarət, müdriklik və uzaqgörənliklə göstərildiyini dəqiqliklə ortaya qoymuşdur.
Bu gün Naxçıvan Muxtar Respublikası iqtisadi və sosial inkişafın yekun nəticələrinə görə
respublikamızın digər regionlarından əsaslı şəkildə fərqlənir. Bu ilin 5 ayının statistik məlumatlarına
əsasən Muxtar Respublikada 783 milyon 975 min manatlıq ümumi daxili məhsul istehsal
olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur (adambaşına düşən
ümumi daxili məhsul 2.3 faiz artmışdır). Sənaye istesalı artmış, onun 95,9 faizi malların, 4,1 faizi isə
xidmətlərin payına düşür.Əsaslı tikinti, kənd təsərrüfatı, nəqliyyat, informosiya və rabitə, əmtəə
dövriyyəsi və pullu xidmət, kredit resurslarından istifadə, sığorta fəaliyyəti, turizm, xarici ticarət,
əhalinin gəlirləri, əməkhaqqı, bank əmanətləri, demoqrafik vəziyyət sahələrindəki real göstəricilər
Naxçıvan Muxtar Respublikasının bu günkü inkişaf xəttini göstərən əsas meyarlar hesab edilir.
Bütün bu uğurların əldə edilməsi Heydər Əliyevin əsasını qoyduğu düzgün və məqsədyönlü
siyasətin varlığı ilə, bu yola bağlı olan davamçıların apardığı gərgin işi ilə, siyasətlə birbaşa bağlıdır.
Heydər Əliyevin dövlət siyasətində həyata keçirdiyi önəmli məsələlərdən biri də kadr siyasətinin
düzgün müəyyənləşdirilməsi olmuşdur. Odur ki, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər
Əliyevin 2003-cü ildə dünyasını dəyişməsi də Azərbaycanın haqq yolunun dəyişməsi ilə
nəticələnməmiş,əksinə bu yol möhkəmlənmiş, Prezident İlham Əliyevin uğurlu simasında daha da
inkişaf etmişdir.
Gələcək inkişafın əsas meyarlarından olan varislik prinsipi böyük siyasi xadim, prezident İlham
Əliyevin sayəsində bir daha öz təsdiqini tapmişdır. Beləliklə, Prezident İlham Əliyev seçimilə ölkəmiz
böyük tərəqqiyə aparan yolun – Heydər Əliyev yolunun davam etdirilməsinə səs vermiş oldu.
1993-2003 cü illərdə böyük Heydər Əliyevin siyasi hakimiyyət dövrü dövlətimizin var olması,
yaşaması və inkişafı baxımından təkrar olunmaz və müqayisəsiz illər kimi tarixə çevrilmişdir. Bu gün
İlham Əliyev Ümummilli Liderimizin inamını ləyaqətlə doğrultmuş, bu yolda taleyüklü planları
cəsarətlə həyata keçirməkdədir. Təsadüfü deyil ki, biz bu gün Azərbaycanımızı onun əzəli torpağı
olan Naxçıvanın timsalında inkişaf sürətinə görə bir çoxinkişaf etmiş ölkələrlə müqayisə etmək
iqtidarındayıq. Bütün bunlar həyata keçirilməkdə olan Heydər Əliyev siyasətinin uğurlu
gələcəyindən xəbər verir.
Bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının 90 illik yubleyinə həsr olunmuş möhtəşəm
zirvə tədbirində cənab prezidentimiz İlham Əliyevin çıxışı bu günkü Naxçıvan reallıqlarının, onun
inkişafının, müasir Azərbaycan modelinin dünya gərçəkliklərindəki yerini, rolunu və əhəmiyyətini
bir daha açıq şəkildə təsəvvür etməyə imkan yaratmışdır. Dövlət başçısının iti təfəkkürü
səviyyəsində konkret və ümumi şəkildə qiymətləndirilər müasir Naxçıvanın inkişafı elə bu günkü
inkişafımızın aparıcı simalarından sayılan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab
Vasif Talıbovun da qeyd etdiyi kimi məhz Ulu Öndər Heydər Əliyevin 1990-cı illərin əvvəllərində
Azərbaycana – Naxçıvana qayıtması və onun xalqımızın dəvətilə yenidən siyasi hakimiyyətə gəlməsi
ilə
bağlıdır.
Bu gün hər bir şüurlu azərbaycanlı hesab edir ki, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə
aparılan siyasət, ərazi bütövlüyümüzün bərpası, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində böyük səylə görülən işlər, bütün sahələrdə həyata keçirilən
islahatlar, milli potensialın dövlətin inkişafına yönəldilməsi, Azərbaycanın beynəlxalq aləmdə real
nüfuz sahibi kimi çıxış etməsi bütün sahələrdə Heydər Əliyev ideyalarına ən böyük sədaqətin
nümunəsi hesab edilə bilər.
“Dünyanın heç bir qüdrətli ordusu böyük ideyanın qarşısında duruş gətirə bilməz” (Viktor Hüqo).
BƏXTİYAR ƏSGƏROV
Naxçıvan Muxtar Respublikasının
Bakı şəhərində daimi nümayəndəsi,
filologiya üzrə fəlsəfə doktoru.