156 tilər zamanı keçirilən mütəhərrik və süjetli oyunlarda iştirakını nəzərdə tutur. “Topu at”, “Si-
çan və pişik”, “Qatar”, “Qaçdı-tutdu”, “Gizlən-qaç”, “Öz yerini tap”, “Bənövşə-bənövşə” və
s. kimi mütəhərrik oyunlar uşaqlarda maraq, sevinc və ruh yüksəkliyi yaradır ki, bu da onların
oyunda daha həvəslə iştirakına səbəb olur. Ümumiyyətlə, istənilən işə maraq, fəaliyyət za-
manı qazanılan müvəffəqiyyətdən çox asılıdır. Belə ki, əgər uşaq oyun, yaxud da fəaliyyət za-
manı nəsə bacardığını, inkişaf etdiyini hiss edirsə, özünü güclü hesab edir və bununla da o,
daha sürətlə və həvəslə fəaliyyət göstərir. Oyunlar uşaqlarda həmçinin bədii danışıq məharəti,
fiziki qüvvə, sürət, çeviklik və s. kimi zəruri keyfiyyətlər tərbiyə edir. Oyunun uşaqların
həyatındakı mühüm əhəmiyyəti barədə M.Qorki haqlı olaraq yazırdı ki, uşaq ətrafdakı aləmi
hər şeydən əvvəl və hər şeydən asan oyunda və oyun vasitəsilə dərk edir.
Hazırda mövcud məktəbəqədər təhsil sistemi aşağıdakı prioritetləri irəli sürür: mək-
təbəqədər təhsilin humanistləşməsi, uşağın sağlamlığı və emosional salamatlığı, fərdi və yaş
xüsusiyyətlərinə uyğun uşağın hormonik inkişafı: onun oynamaq hüququnun təmin olunması;
uşaqların ümumbəşər dəyərlərə cəlb edilməsi;
Xarici ölkələrdə çoxlu tədqiqat işləri aparılmışdır ki, onların nəticələri məktəbəqədər
yaşlı uşaqların psixoloji, əqli və emosional inkişafı prosesində məqsədyönlü fiziki tərbiyənin
əvəzolunmazlığını təsdiq edir. Məktəbəqədər dövrdə fiziki tərbiyədə istifadə olunan hərəki
fəaliyyət növləri birçox ölkələrdə eynilik təşkil edir. Bu səbəbdən bir sıra xarici ölkələrin
məktəbəqədər yaşlı uşaqların fiziki tərbiyəsi üçün proqramları strukturu ümumi şəkildə dörd
əsas sistemdən ibarətdir: psixo-hərəkət inkişafı, hərəki bacarıq və vərdişlərin öyrədilməsi,
fiziki hazırlıq, üzgüçülük və suda oyunlar.
Bütün bu məsələlərin həllində əsas rolu peşəkar tərbiyəçilərə pedaqogiyaya aiddir.
Respublikamızda bu sahədə hələ görüləsi işlər çoxdur.
Beləliklə qeyd etmək olar ki, fiziki tərbiyə məktəbəqədər təhsilin əsas və əvəzolunmaz
amillərin biridir. Məktəbəqədər yaşlı uşaqların fiziki tərbiyəsini elə təşkil etmək lazımdır ki,
onun gedişi zamanı nəyinki hərəki bacarıqlar, vərdişlər və hərəki qabiliyyətlər, habellə hərəki
fəaliyyətə və sağlam həyat tərzinə müsbət yanaşma inkişaf etsin. Təbii ki, bu işdə aparıcı rol
bilikli, bacarıqlı, fiziki tərbiyə üzrə müasir metodikalarla silahlanmış, yaradıcı mövqedə olan
mütəxəssislərə aiddir.