Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə232/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   228   229   230   231   232   233   234   235   ...   298
 
 
166 
3. Ortadan aşağı səviyyə (1 bal). Tələbə sualların bəzilərini bilmir, cavabları tam deyil. 
Səciyyəvi  xüsusiyyətləri  qeyd  etməkdə  çətinlik  çəkir.  Heyvanlara,  quşlara,  həşəratlara  öz 
münasibətini bildirmir. 
Ekoloji  biliklərə  və    ekoloji  davranış  təcrübəsinə  yiyələnməyə,  ətraf  aləmin,  təbiətin 
qorunmasına tələbat formalaşdırmaq üçün üçüncü qrupla məqsədyönlü işin aparılması lazım 
gəlirdi.  
Eksperimentin öyrədici mərhələsində əldə etdiyimiz nəticələrdən belə bir qənaətə gəl-
dik  ki,  hər  üç  qrupdan  olan  tələbələrdə  ekoloji  şüurun,  ekoloji  təfəkkürün,  ekoloji  davranış 
təcrübəsinin inkişafında irəliləyişlər baş vermişdir. 
Tədqiqat göstərmişdir ki, tələbələrdə ekoloji maariflənməyə və ekoloji tərbiyələnməyə 
və özünü tərbiyəyə tələbat artmışdır. Belə ki, yüksək səviyyə ilə səciyyələn birinci qrup tələ-
bələrində  ekoloji  maariflənməyə,  ekoloji  tərbiyələnməyə  və  özünütərbiyəyə  tələbat  eksperi-
mentin sonunda  13 %  artmışdır. 
Orta  səviyyəli  qrup  tələbələrində  ekoloji  maariflənməyə,  ekoloji  tərbiyələnməyə  və 
özünütərbiyəyə  tələbatla  bağlı  faiz  dəyişilmiş,  14  %  artmış  və  onlar  birinci  qrupa;  aşağı 
səviyyəli  qrupun  tələbələrinin  17%-i  isə  orta  qrupa  keçmişlər.  Lakin  bu  qrupdan  olan 
tələbələrin 15 %-i yenə də aşağı səviyyəli qrupu təmsil etmişlər. Bu, həmin tələbələrin ekoloji 
maariflənməsinin və ekoloji mədəniyyətə yiyələnmə səviyyəsinin aşağı olmasını göstərir. 
Araşdırmalardan  görünür  ki,  ali  məktəbdə  təlim  prosesində  və  auditoriyadankənar 
tədbirlərdə yaradılmış şərait hər bir gəncə bu prosesin fəal iştirakçıları olmağa imkan verir.  
Tələbələrin  ekoloji  təhsili  və  tərbiyəsinin  pedaqoji  diaqnostikası  həyata  keçirildi. 
Ekoloji  təhsil  və  tərbiyədə  pedaqoji  diaqnostikanın  mahiyyətini  və  təyinatını  aşağıdakı 
məsələlər təşkil edirdi: 
-ekoloji  təhsil  və  tərbiyənin  məqsədi  kimi  tələbələrin  ekoloji  mədəniyyətinin 
inkişafının və  vəziyyətinin necə dəyişildiyini müəyyən etmək; 
-tələbələrin  ekoloji  təhsili  və  tərbiyəsinin  nəticəsi  kimi  təşəkkül  tapmış  ekoloji 
mədəniyyətin səviyyəsindəki müsbət və mənfi halları aşkara çıxarmaq; 
- ekoloji təhsili və tərbiyənin inkişafı səviyyəsini öyrənmək; 
-tələbələrin ekoloji mədəniyyətinin, həmçinin ekoloji təhsilinin  inkişafına kömək edən 
və mane olan halların səbəblərini müəyyənləşdirmək; 
-nəticələrin təhlili; 
-diaqnostikanın  nəticələrinə  əsasən,  tələbələrin  ekoloji  maariflənməsinin  və  ekoloji 
tərbiyələnməsinin inkişafı  məqsədilə  pedaqoji qarşılıqlı  əlaqənin  optimal yollarını müəyyən-
ləşdirmək, ekoloji təhsilin və ekoloji mədəniyyətin təkmilləşdirilməsi üçün tədbirlər görmək. 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin