164
Təchizat: otaq bitkiləri - ətirşah, pelarqoniya (cənubda bitən yarımkol bitki), beqoniya
(alabəzək yarpaqlı bəzək bitkisi), xınaçiçəyi, susəpələyən, (torpağı) topalama çubuğu, əski,
altlıq və s.
Müəllim beş otaq bitkisinin adını çəkir, tələbələrə tapşırır ki, onları göstərsinlər.
Suallar:
1. Otaq bitkiləri bizim nəyimizə lazımdır?
2. Otaq bitkiləri böyüsün və inkişaf etsin deyə nə etmək lazımdır?
3. Sizcə, otaq bitkilərinə qulluq necə olmalıdır?
4. Bitkilərdən birinin nümunəsinə əsasən bunu göstərin.
4. Otaq bitkilərini xoşlayırsan? Xoşlayırsansa – nə üçün?
5. Otaq bitkilərini xoşlamırsan? Xoşlamırsansa – nə üçün?
Daha sonra müəllimin tapşırığına əsasən, aşağıdakı fəaliyyət həyata keçirilir:
a) bunlardan hansılar ağac, hansılar koldur? (qovaq, yasəmən, ardıc, söyüd, andız,
çinar, xan çinar, sərv, dəmirağac, tozağacı).
b) bunlardan hansılar yarpaqlı, hansılar iynəyarpaq ağaclardır (küknar, palıd, şam,
ağcaqovaq)
c) bunlardan hansılar giləmeyvə və hansılar göbələklərdir (dağ çiyələyi, acı göbələk
(çayır göbələyi), inciçiçəyi, bağ çiyələyi)
ç) bunlardan hansılar bağ gülləri, hansılar meşə gülləridir: qızılgül, qərənfil, astra,
çobanyastığı, itburnu, üzərlik, şantərə, bənövşə, inciçiçəyi, zanbaq, novruzgülü, qatırquyruğu,
qaraçörəkotu, kəklikotu, qanqal, nərgiz, gicitkan, kəndalaş, boyağotu, bənövşə, peyğəmbər
çiçəyi, dazıotu, yonca.
Fəaliyyətin nəticələrinin qiymətləndirilməsi:
1. Yüksək səviyyə (3 bal). Tələbələr bitkilərin müxtəlif növlərinin - ağacların, kolların
və güllərin adlarını müstəqil şəkildə deyirlər. Daha sonra otaq bitkilərinin həyatı üçün zəruri
olan şərtlər, onların böyüməsi və inkişafı üzərində dayanırlar. Bitkilərə qulluq göstərməyin
vacib olduğunu deyir, otaq bitkilərinə maraq göstərir, onlara öz münasibətlərini bildirirlər.
2. Orta səviyyə (2 bal). Tələbə bəzən bitkinin növü barədə məlumat verəndə yanılır.
Bir sıra hallarda onları adlarını düzgün deyə bilmir. Otaq bitkilərinin həyatı, böyüməsi və
inkişafı üçün zəruri olan şərtləri sadalayır. Onlara qulluq qaydaları barədə danışırlar. Lakin
otaq bitkilərinə qulluq üzrə praktik bacarıqları lazımi səviyyədə deyildir. Otaq bitkilərinə
maraqları var, onlara öz münasibətlərini bildirirlər.
3. Ortadan aşağı səviyyə (1 bal). Tələbə bitkilərin növlərini (ağac, kol və gül)
müəyyən etməkdə çətinlik çəkir. Onlara qulluq etməyi bacarmır. Bitkilərə marağı yoxdur, öz
münasibətini bildirmir.
Tapşırıq 2. Heyvanlar aləminə dair biliklərin səviyyəsinin aydınlaşdırılması.
Məqsəd: Heyvanlar aləminə dair biliklərin səviyyəsini aydınlaşdırmaq.
Suallar:
1. Təqdim olunan heyvanlar necə adlanır? (bəbir, ayı, gərgədan, kenquru, puma, lama
(Cənubi Amerika dəvəsi), zebr, zürafə, cüyür, ceyran).
2. Təqdim olunan quşların adlarını deyin (dəvəquşu, sağsağan, alacəhrə, qumru,
alabaxta, qırqovul, turac, bildirçin).
3. Təqdim olunan həşəratların adlarını deyin (iynəcə, ağcaqanad, tarakan, cırcırama,
gənə, bit, soxulcan, kəpənək, arı və s)
Hansı 4canlılara həşəratlar deyilir?
- Həşəratlar Yer üzündə sayca ən çox olan heyvanlardır. Onlar zahiri görünüşləri
Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
Dostları ilə paylaş: |