Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
180
Şagirdlərdə müşahidə qabiliyyətini inkişaf etdirmək məqsədilə xüsusi növ çalış-
malar tərtib etmək və bunların əsasında biliklərin mənimsənilməsi prosesində onlarda
müşahidənin səmərəli üsullarını formalaşdırmaq lazımdır. II sinifdə şagirdlərə aşağıdakı
kimi məsələ həlli tapşırıla bilər.
Məsələ. Birinci durna qatarında 19 durna, ikincidə isə 10 durna var. Birinci qatar-
dakı durnaların sayı ikinci qatardakı durnaların sayından nə qədər çoxdur?
Bu məsələyə aid şəkil şagirdlərə təqdim edilir. Şagirdlərdən bəziləri müşahidə
aparmaqla, hər iki şəkildən eyni sayda durnaları pozmaqla birinci qatarda 9 durnanın
qaldığını asanlıqla müəyyən edirlər. Əlbəttə qeyd olunan bu üsuldan zəif şagirdlər yarar-
lanırlar. Sonra lövhədə məsələnin həlli yazılır: 19-10=9 (durna)
Məsələ (II sinif, səh. 10) Susəpəndə 8l su varsı. Nərgiz gulləri suvardıqdan sonra
susəpəndə 2l su qaldı. Nərgiz gülləri suvarmaq üçün nə qədər su işlətdi?
Məsələni həll etməkdə şagirdlərə həyatda gördükləri müşahidələri kömək edəcək.
Belə ki,şagirdlər gündəlik yaşayışlarında müşahidə etmişlər ki, susəpəndən su töküldükdə
daxilindəki su azalır. Deməli, məsələni həll etmək üçün də çıxma əməlindən istifadə
edilməlidir.
Plan və həlli
1.
Nərgiz gülləri suvarmaq üçün nə qədər su işlətdi?
8l – 2l = 6l
Cavab: 6 l
Kiçik yaşlı məktəblilərin – I-II siniflər təfəkkürünü inkişaf etdirən metodlardan
biri də müqayisə metodudur. Məlumdur ki, istənilən hadisənin mahiyyəti digər
hadisələrdən təcrid edilmiş şəkildə mənimsənilə bilməz. Bilik qarşılıqlı əlaqədə olan
anlayışların və ümumiləşmələrin sistemidir.
Ona görə də müqayisə şagirdlərin idrak fəaliyyətində əsas üzullardan biri hesab
olunur. İ.M.Seçenov [1] müqayisəetmə qabiliyyətini insanın ən qiymətli əqli zinəti hesab
edirdi.
Şagirdlərin mənimsədikləri biliklərin şüurlu və əsaslı olmasını təmin etmək
məqsədilə müqayisəyə aid şagirdlərə nümunələr vermək lazımdır.
Məsələn, I sinfin ilk günlərindən aşağıdakı kimi şəkil lövhədən asılır, şagirdlərə
sual verilir:
M. – Hansı üçbucaq böyükdür?
Şagirdlər əvvəlki biliklərinə əsasən əvvəlcə təqdim olunan fiqurlar arasından
üçbucaqları seçirlər, sonra onları böyüklüklərinə görə müqayisə edirlər.
Ş. – Qırmızı üçbucaq böyükdür.
Müəllim növbəti sualı verir.
M. – Hansı fiqurlar bərabərdir?
Ş. – Göy, yaşıl
və qara üçbucaqlar, sarı, qırmızı kvadratlar bərabərdir.
— Müstəqil müqayisə etmək bacarığının formalaşdırılmasında mühüm cəhət,