Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə99/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   95   96   97   98   99   100   101   102   ...   298
 
 
77 
müxtəlif  növ  və  vasitələrindən  istifadə  olunur.  Müxtəlif  texnologiyaların  müntəzəm  olaraq 
bir-birilə  əlaqələndirilməsi  tədrisin  səmərəliliyini  artırır.  Təhsilin  səmərəliliyi  və  keyfiyyəti 
tədris prosesində təlim və pedaqoji texnologiyaların istifadəsindən çox aslıdır. 
Təhsilin  məzmunu  kontekstindən  aydın  olur  ki,  təlim  texnologiyaları  əsas  təlim  vər-
dişlərinə daxil olmaqla öyrənilən fənlərə aid geniş məlumatları əldə etməyə imkan verir, yük-
sək səviyyəli təfəkkürü, əməkdaşlığı və problemlərin həllini təmin edir. Bilə qənaətə gəlmək 
olar  ki,  təlim  texnologiyası  təhsilin  hər  pilləsi  üzrə  onun  məqsədinin  keyfiyyətli  yerinə 
yetirilməsini təmin etmək üçün istifadə olunan sistemdir. 
Təlim  texnologiyasını  təhsil  metodları  mövqeyindən  belə  başa  düşmək  olar  ki,  onlar 
tədris və təlim üçün güclü bir alətdir. Təlim texnologiyaları tədrisin və təlimin səmərəli, fəal 
və  yaradıcı  şəkildə  həyata  keçirilməsi  üçün  onları  müxtəlif  növ  üsullar  və  vasitələrlə  təmin 
edirlər. 
Təhsil  texnologiyarından  məqsədyönlü  istifadəsi  təlim  prosesinə  müsbət  təsir  edə 
bilər. Bu təsirləri aşağıdakı kimi qiymətləndirmək olar: 
1.  Qiymətləndirmə  meyarı  və  forması  dəyişir,  əvvəlcədən  seçilmiş  imtahandan  əlavə 
bir çox vasitədən istifadə edilir, problemi  həlletmə prosesində vaxta qənaət olunur və layihə 
hazırlığına daha çox vaxt ayrılır. 
2.  Təhsil texnologiları  əsasında hazırlanmış  materialların fərqliliyi  sayəsində  şagirdin 
diqqətinin bir çox istiqamətlərə yönəldilməsi ilə şagirdlərin nailiyyətləri artır. 
3.  Tələbənin  diqqətinin  davamlılığı  təmin  olunur    və  müxtəlif  hissiyyat  orqanlarına 
təsirliliyi ilə  tələbənin diqqətinin artırılmasını təmin edir. 
4.  Məlumatların  gec  yaddan  çıxmasını  təmin  edir,  həyata  keçirilən  müxtəlif 
fəaliyyətlərlə, virtual şəkildə  məlumatların əks etdirilməsi ilə dərs daha cəlbedici olur.  

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin