Hər bir cəmiyyətin yüksək iqtisadi və sosial-siyasi nailiyyətləri onun təhsilinin inkişaf
xüsusiyyətləri ilə bağlıdır. Son illərdə ölkəmizdə gedən sürətli inkişaf onun təhsil sisteminə də
böyük təsir göstərmişdir. Hazırda ölkəmizdə pedaqoji və təlim texnologiyalarına, eləcə də
yeni tədris üsullarına böyük maraq yaranmışdır. Lakin bir məsələni də unutmaq olmaz ki,
təlim və pedaqoji texnologiyalar təkcə innovativ deyil, həm də modern xarakterə malikdir.
Ona görə də bu sahədə əldə olunan nailiyyətlərlə yanaşı, bir sıra problemlər də yarana bilər.
Bunun üçün aşağıdakılara diqqət edilməsi zəruridir:
Təhsil sahəsində çalışanların bəziləri hələ də təlim və pedaqoji texnologiyalar haq-
qında çox az məlumata malik olduqlarından onlar təlim texnologiyalarını çox zaman bir ava-
danlıq, kompüter texnologiyası kimi başa düşürlər. Bunun üçün də ilk növbədə təhsil işçiləri,
müəllimlər, tədqiqatçılar, təhsil sahəsində çalışan rəhbər işçilər və ümumiyyətlə, ictimaiyyət
təlim texnologiyasının əhəmiyyəti, imkanları və rolu haqqında biliklərlə təmin edilməlidir;
İstər fərdi, istərsə də ictimai səviyyələrdə yeni texnologiyaların tətbiqinə dair
təşəbbüsə maksimum imkan yaradılmalıdır;
səmərəli dərs təcrübəsi təbliğ olunaraq, təhsildə yüksək nəticələrin əldə edilməsinə
nail olmaq məqsədilə bu materialların geniş yayılması sahəsində işlər görülməlidir;
təhsilin bütün pillələrində işləyən müəllimlərin təlim texnologiyaları, yeni təlim
metodları üzrə bacarıqlarını inkişaf etdirmək, müəllim hazırlığı, təcrübə və peşəkarlığın inki-
şafı, əldə olunan nəticələr arasında əlaqələrin yaradılmasına nail olunmalıdır.
Belə qənaətə gəlmək olar ki, təhsil texnologiyaları ilə tədris texnologiyalrı eyni mahiy-
yətə malik deyillər. Belə ki, təhsil texnologiyaları təhsil sahəsinin özünəməxsus xüsusiyyətlə-
rini müvafiq yanaşmalarda və metodlardan istifadə edərək inkişaf etdirilməsinin nəticəsi kimi,
tədris texnologiyaları isə tədris prosesinin özunəməxsus xüsusiyyətlərini müvafiq yanaşmalar
və metodlardan istifadə edərək səmərəli təlim prosesinin həyata keçirilməsinin təşkili kimi ba-
şa düşülməlidir. Tədris texnologiyasına “öyrətmə bacarığı, təcrübəsi” kimi də yanaşmaqla ay-
dınlaşdırmaq mümkündür. Yüksək nəticələr əldə etmək üçün tədris prosesində texnologiyanın