74 Milli xörək adları da məişət leksikasına daxildir. Hər xalqın özünə məxsus, eyni zamanda
digər xalqlarla ümumi olan xörək , şirniyyat və s. növləri mövcuddur:
Friendly society — qarşılıqlı yardım cəmiyyəti. O, könüllü sığorta təşkilatı kimi öz
üzvlərinə xəstələnmə, əmək qabiliyyətini itirmə və s. bu kimi hallarda maliyyə yardımı
göstərməklə məşğuldur.
Fringe benefits əlavə imtiyazlar olub, işçilərin bəzi kateqoriyalarına verilir. Xüsusilə
onların yaşlı təbəqəsinə verilən bu imtiyaz xidmətçi avtomaşın verməklə, onların nəqliyyat-
dan ödənişsiz istifadəsini təmin etməklə, aşağı qiymətlə lazımi mallar almasını təmin etməklə
və s. ilə məşğul olur.
Girls Friendly Society — qızları himayə edən cəmiyyət. Xeyriyyə təşkilati kimi
qızlarla cəmiyyət daxilində rəftar olunması üzərində nəzarət edir, xüsusilə gənc qadın xid-
mətçiləri müşahidə altında saxlayır. Cəmiyyətin yataqxanası və klubları vardır.
Amenity bed — xəstəxanada xidmət şəraiti daha yaxşı olan və xüsusi ödənişli
çarpayıya deyilir. Ondan istifadə edən xəstələrə xüsusi üstünlük verilir. Bu xidmət xüsusi
palatanın olması ilə, daha yaxşı yemək ilə təmin olunmaqla və s. ilə fərqlənir (2).
Baby-sitter — evə gələrək uşaqlarla oturan, onların qayğısına qalan dayə. Belə dayə
valideynlər evdən uzaqda olduğu və yaxud iş dalınca getdiyi zaman fəaliyyət göstərir və çox
zaman şagird və tələbə qızlardan ibarət olur.
Meals on wheels — «təkər üzərində nahar”.Qocalmış və əlil şəxsləri yedizdirmək
ücün nəzərdə tutulur. Onlar isti yeməklə bu arabanın köməyi ilə təmin olunur. Bu tədbir
Cenevrə krallığının könüllü xidməti tərəfindən təşkil olunur.
Slate club — qarşılıqlı yardım klubu. Həftəlik üzvlük haqqından yığılan vəsait
müxtəlif şeylərin, xüsusilə milad hədiyyələrinin alınmasına sərf olunur.
Oxtail soup yemək adı kimi Britaniya ingiliscəsinə xas olduğu kimi, onun bildirdiyi
yemək növü də məhz bu ölkəyə xasdır. O, öküz quyruğundan hazırlanmış, içərisində öküz əti
və quyruğu olan yeməyi ifadə edir.
Britanizmlərin bir qrupu bu ölkəyə aid dini adətləri bildirir. Misal üçün, May Meetings
ifadəsi həmin ayda müxtəlif dini və xeyriyyəçi tədbirlərin həyata keçirildiyi mərasimi ifadə
edir.
Başqa bir qrup britanizmlər isə bu ölkə üçün səciyyəvi olan nigah qanunlarını əks et-
dirir. Məsələn, Gretna Green ifadəsi Şotlandiyanın İngiltərə ilə sərhədində yerləşən kəndin
adındandır. Burada İngiltərədən gəlmiş gənclər arasında nigah bağlanırdı. İngilis gənclər İn-
giltərədə o zaman mövcud olmuş, ağır nigah qaydalarından yaxa qurtarmaq üçün buraya gələ-
rək, asanlıqla heç bir adət çətinliyi olmadan kəbin kəsdirərdilər. Həmin kəbin mərasiminin adı
olan Gretna Green müasir ingilis dilində «qaçaraq toy» mənasını kəsb etmişdir (2, 344).
Beləliklə, göründüyü kimi, ingilis dilinin Britaniya variantının lüğət tərkibinin özünə-
məxsus ifadə və terminlərlə zənginləşdirilməsində ən əhəmiyyətli amil yalnız bu ölkənin
həyatına, tarixinə, maddi və mənəvi həyatına aid özəlliklər olmuşdur.