Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə93/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   89   90   91   92   93   94   95   96   ...   298
 
 
73 
görmək olur (1, 24). 
Belə  ifadələrin  böyük  bir  qrupu  ingilislərin  məişətində,  mədəni  və  siyasi  həyatında 
adət halına keçmiş əyləncə, mərasim və bayramları əhatə edir. Misal üçün, ingilis dilində işlə-
nən  one  –  night  stand  ifadəsi  səyyar  fəaliyyət  göstərən  teatr  qastrolunu  ifadə  edir  və  yaxud 
cup – and-saucer drama adlı tamaşa mərasimi çay içməklə müşayiət olunan tamaşanı bildirir. 
Flower people ifadəsi Britaniyada gənclərin bir qrupunu əhatə edir. Varlı ailədən olan 
bu  gənclər  burjua  cəmiyyətinin  əxlaq  normalarına  qarşı  çıxaraq,  ona  etiraz  əlaməti  olaraq 
sivilizasiyadan  kənarda  olmağa  can  atır,  azad  qardaşlıq  sevgisi  şəraitində  yaşamağı  üstün 
tutur, bir sözlə yaşadıqları cəmiyyətin əxlaq normalarına  tabe  olmurlar. Bu isə öz ifadəsini 
Flower  boys  ifadəsində  tapmışdır  ki,  o  da  göründüyü  kimi,  Britaniya  həyatını  əks  etdirən 
ölkəşünaslıq terminidir. 
Britaniya  həyatını  əks  etdirən  ifadələrin  bir  qrupu  biznes,  ticarət  özəlliklərini,  yəni 
onun Britaniyaya xas  təzahür formalarını  əks  etdirir. Məsələn,  After  Eight ifadəsi  ingilislərə 
yaxşı  məlumdur.  O,  aromatik  şokolad  istehsal  edən  və  onların  satışını  axşam  saat  8-dən 
başlayaraq  təşkil  edən  firmanı  bildirir.  Göründüyü  kimi,  After  Eight  ifadəsi  də  və  onun  aid 
olduğu biznes növü də məhz Britaniya üçün xarakterikdir. 
İngilis  adət-ənənələrinin  özəllikləri  müxtəlif  mərasimləri,  tədbirləri,  əyləncələri, 
müəssisələri bildirən realiyalarda aydın əks olunur: 
Womens  libration  movement  —  «Qadınların  azadlıq  hərəkatı»  -  hərəkatın  məqsədi 
qadınların,  siyasi,  iqtisadi,  ictimai  hüquqlarını  müdafiə  etmək,  qadınlarla  kişilərin  bərabər-
liyini  təmin  etməkdir.  Xüsusilə  də,  ailədə  qadınların  kişilərlə  bərabər  hüquqa  malik  olması 
uğrunda mübarizə aparır. 
Womens  Royal  Voluntary  Service  —  Könüllü  qadın  xidməti  olub,  xeyriyyəçilik 
məqsədi ilə fəaliyyət göstərir. Xəstə və ehtiyacı olanlara yardım göstərir, evlərə gedirlər. 
Wooden  spoon  —  zarafatcıl  bir  tədbir  olub,  cəbr  üzrə  imtahanlardan  sonuncu  yer 
tutmuş tələbəyə priz kimi təqdim olunur. Bu adət Kembric universitetinə məxsusdur. 
Working Mens Club — fəhlə klubu. Belə klublar ailə axşamları, rəqslər və s. əyləncəli 
tədbirlər təşkil edirlər. 
Young Womens Christian Association — gənc xristian qızlarının xeyriyyə təşkilatıdır. 
Dini təbliğ edir, xüsusilə gənc qızlar arasında dini yayır, təşkilatın özünün ümumi yataqxanası 
və klubları vardır. 
Spesifik Britaniya sözlərinin bir qrupu ingilislərin məişət xüsusiyyətləri, məişət sahə-
sində  onların  adətləri,  məişət  qaydalarının  tənzimlənməsi  üsullarını  əks  etdirir.  Bunlar  ərzaq 
məhsullarının,  geyim  şeylərinin  və  başqa  həyati  ehtiyacla  bağlı  əşyaların  istehsalı,  satışı, 
paylanması, mənimsənilməsi sahəsində Britaniyada müşahidə olunan qayda-qanunları, onları 
icra edən təşkilat və idarələri bildirir. Yuxarıda qeyd olunduğu kimi, bunlar məhz Britaniya-
nın məişəti üçün  xarakterikdir  və  onu  ifadə  edən  adlar  da britanizmlər hesab olunur və 
Britaniyanın ölkəşünaslığına aid sözlərin tərkibində verilir. 
Twenty Questions — populyar əyləndirici radio verilişi. Uşaqlar üçün nəzərdə tutulan 
bu oyun BBC-də verilir. Heyvan, bitki və minerallar haqqında verilən suallara düzgün cavab 
verilməlidir. 
Valentine — sevgili – müqəddəs Valentine günündə zarafatla seçilir. Bu söz eyni za-
manda Valentine günündə sevgililərin bir-birinə göndərdiyi otkrıtka və ya məktuba da deyilir. 
İngilis  dilində    elə  söz  və  ifaədələr  mövcuddur  ki,  onlar  hamı  tərəfindən  işlədilir  və 
dərk edilir. Bu kimi söz və ifadələr  dilin  məişət leksikasına daxildir. Adətən məişət  leksikası 
deyəndə  hər  hansı  bir  xalqın  məişətinə  daxil  olan  sözlərin  ümumi  məcmusu  nəzərdə  tutulr. 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin