Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə92/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   88   89   90   91   92   93   94   95   ...   298
 
 
72 
anadanolma günündən başlayaraq, ad gününün qeyd edilməsi, nişanlanma, ailə qurma, evlən-
mənin ildönümləri və s. əhatə edir və bu qeyd edilmə günlərinin nə səviyyədə qeyd edilməsi, 
hər bir ailənin büdcə imkanları əsasında qurulur. 
İkinci  qrup  qeyd  edilən  günlər  ümumi  dövlət  səviyyəli  ənənələrdir.  Buraya  milli 
təntənələr, dini bayramlar daxildir. 
Üçüncü qrup qeyd  edilməli günlər içərisində xalq gəzintiləri, ənənəvi mərasimlər və  
digər kütləvi tədbirlər özünəməxsus yer tutur. 
Böyük Britaniya xalqına məxsus adət-ənənələr, ölkədə qeyd edilən günlər, mərasimlər, 
ayinlər ictimai şüurun  formaları olan dini, psixoloji və fəlsəfi dünyagörüşlərinin məhsuludur 
və bütün bunları ictimai şüurun formaları prosesindən ayrımaq mümkün deyildir. 
İngilis adət-ənənələri çoxşaxəli və rəngarəngdir və onların meydana  çıxmasında bu və 
ya digər tarixi hadisənin böyük rolu olmuşdur. 
Ənənələrin  çoxu  qədim  zamanlara  təsadüf    edir.  O  vaxtlar  ingilislər  özlərini  şən  və 
xoşbəxt,  yaşadıqları  ölkəni  isə  “Merry  old  England”  adlandırmışlar.  Məhz  həmin  dövrdə  
formalaşmış ingilis adət və ənənələri bu günə qədər mühafizə olunmuşdur. 
Bir çox ənənələrin öz dövrlərini başa vurmalarına baxmayaraq, ingilis konservatizmi 
onların aradan qaldırılmasına mane olur. 
Adət  və  ənənələrlə  bağlı  söz  və  terminlər  aid  olduğu  ölkənin  tarixi,  coğrafi  xüsusiy-
yətləri, adət   və ənənələri,  ictimai  və  siyasi  quruluşu və  ölkə  həyatının  başqa sahələri ilə  sıx 
bağlıdır. Eyni halı ingilisdilli ölkələrin lüğət tərkibində də görmək olar. 
Britaniyanın  özünəməxsus  tarixinə,  coğrafiyasına  və  təbiətinə,  siyasi  quruluşuna  aid 
sözlər ancaq burada danışılan ingilis dilinə aid realiya hesab olunur. Çünki onlar ingilis dilinin 
başqa variantlarında eyni mənada işlənmir, ancaq Britaniyanın həyatına aid məfhumları ifadə 
etmək funksiyasını daşıyır. 
Burjua  inqilabı  ingilisdilli  ölkələr  arasında  yalnız  Britaniyada  baş  verdiyindən, 
Bourgesis Revolution ifadəsi də məhz Britaniyanın reallığına aid ifadə hesab olunur. 
Və yaxud, Hunger-march ifadəsi Britaniyada 80-ci illərdə keçirilən, hökumətin iqtisa-
di siyasətinə qarşı yönələn ac insanların yürüşü kimi tarixi bir hadisəni əks etdirir. Lakin hə-
min ifadə  başqa ingilisdilli  ölkələrin dilində eyni assossiasiya doğurmur.  Çünki  həmin tarixi 
hadisə onların ölkələrində olmamışdır. Buna görə də yalnız bir ölkənin həyatını əks etdirib və 
həmin ölkənin dilində anlaşılan ifadələr ölkəşünaslıqla əlaqədar sözlər və ifadələr hesab olu-
nur (1, 146). 
İngilis dilinin zənginləşməsində bu amilin xüsusi yeri olmuşdur. Ümumiyyətlə, ölkə-
nin  spesifik  həyatı,  tarixi,  coğrafiyası  və  s.  ilə  əlaqədar  olaraq  yaranan  sözlər  ingilis  dilinin 
müxtəlif variantlarının yaranmasını sürətləndirən, ona böyük təsir göstərən mənbələrdən biri 
olmuşdur. İngilis dilinin müxtəlif variantlarının lüğət tərkibini araşdırarkən, orada  yalnız bir 
varianta məxsus olan sözlərin əks etdirdiyi obyekt və hadisələrin də yalnız həmin ölkəyə aid 
olduğunu  görmək  olur.  Bu  leksik  təbəqənin  meydana  çıxmasında  məhz  konkret  ingilisdilli 
ölkənin tarixi və təbii inkişafı dayanır. 
Britaniyada  Burjua  inqilabının  mərhələlərindən  biri,  misal  üçün,  Abolishment  period 
adlanır ki, bunu da yalnız Britaniyanın tarixi ilə sıx əlaqədə anlamaq olur. Bu, inqilabın həmin 
mərhələsində feodalların mülkiyyətinin ləğv edilməsi (abolishment), onların hakimiyyət maşı-
nının sındırılması ilə əlaqədar meydana çıxmış sözdür. 
Hər  bir  xalqın  yalnız  özünə  məxsus  olan  həyat  tərzi,  adət  və  ənənələri  olduğu  kimi, 
onların ifadə vasitələri də məhz həmin xalqın dilində meydana çıxır və yalnız onlar tərəfindən 
izahatsız  başa  düşülür.  Belə  sözlərin  ingilis  dilində  həyatın  bir  çox  sahələrini  əhatə  etdiyini 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin