Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə106/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   102   103   104   105   106   107   108   109   ...   298
 
 
82 
hərəkatı  fəaliyyətinin  təşkili  və  təkmilləşdirilməsi

 
ali məktəb çərçivəsində tələbələrin dərsdənkənar, sosial əhəmiyyətli fəaliyyətə  cəlb 
edilməsi; 

 
 tələbə  aktivlərinə  idarəçilik  fəaliyyətinin  əsaslarının  öyrədilməsi,  ali  məktəbin 
məzunlarında  liderlik  keyfiyyətlərinin  formalaşdırılması; 

 
ali məktəbdə tələbə təşəbbüslərinin inkişafı və müxtəlif tələbə layihələrinin reallaş-
dırılması  üçün  şəraitin  yaradılması;  
 

 
tərbiyəvi  işlərin və  asudə  vaxtın səmərəli təşkili formalarının seçilməsi,  tələbə  aka-
demik  qruplarında  kuratorların  işinin  təkmilləşdirilməsi

 
ali məktəb tələbələrinin sosial müdafiəsinin  və  psixoloji dəstəyin təmin edilməsi

 
universitetin  tələbə  yataqxanalarında  tərbiyəvi  və  sosial  fəaliyyətin  təkmilləşdiril-
məsi; 

 
tərbiyəvi və sosiomədəni fəaliyyət sahəsində ali məktəblərarası və idarələrarası qar-
şılıqlı əlaqələrin təşkili. 
Ali məktəbdə tərbiyə işi sosial və mədəni fəaliyyətə hazır yüksək ixtisaslı və səlahiy-
yətli gənc mütəxəssislərin hazırlığına yönəldilərək, onlarda ümumi və peşəkar mədəniyyətinin 
formalaşması və inkişafına xidmət edir. Beləliklə, ali məktəb sosiomədəni mühit formalaşdı-
rır, şəxsiyyətin hərtərəfli inkişafına, tələbə özünüidarəetməsinin, təhsil alanların ictimai təşki-
latlar, idman və yaradıcı klublar, tələbə elmi cəmiyyətlərinin fəaliyyəti də daxil olmaqla tədris 
prosesinin sosial-tərbiyəvi  komponentinin  inkişafına  imkan  yaradır [ 5]. 
Hazırda  ali  məktəbdə  tələbə  -  gənclərlə  tərbiyə  işinin  təşkili  mənəvilik,  dövlətçilik, 
vətənpərvərlik, kollektivçilik, mərhəmətlilik, qarşılıqlı yardım, xeyriyyəçilik kimi ənənəvi də-
yərlərlə yanaşı, təşəbbüskarlıq, kreativlik, tolerantlıq, tədbirlilik kimi yeni dəyərlərə söykənə-
rək həyata keçirilir. Tərbiyə prosesinin məzmunu tələbə gənclərinin şəxsi və peşəkar inkişafı 
üçün  əlverişli  şəraitin  yaradılmasına,  peşəkar  və  ümummədəni  kompetensiyaların  formalaş-
ması, ali məktəbin məzunlarının  mənəvilik, vətənpərvərlik, vətəndaşlıq, zəhmətsevərlik, mə-
suliyyətlilik, mütəşəkkillik, müstəqillik, təşəbbüskarlıq, intizamlılıq, özünüifadə etmə bacarı-
ğı, sağlam həyat tərzi və mədəni dəyərlərə sədaqət kimi sosial-şəxsi keyfiyyətlərinin forma-
laşmasına istiqamətlənmişdir. Beləliklə, müasir gəncliyin tərbiyəsində ali məktəbin  sosiomə-
dəni  mühiti vacib amil kimi xüsusi əhəmiyyət kəsb  edir. 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin