81 Müasir cəmiyyətdə sosial meyarlarına görə ayırd edilən bir sıra submədəniyyətlər
(gənclərin submədəniyyəti, etnik-milli, konfessional, ərazi-regional submədəniyyətlər və s.)
inkişaf etməkdədir [3]. Tələbə submədəniyyəti ali təhsil müəssisəsinin sosial-mədəni mühiti
çərçivəsində formalaşaraq, korporativ mədəniyyətin təşəkkülündə mühüm rol oynayır. Tələbə
birliyinin korporativ mədəniyyəti ali məktəb tələbələrinin əksəriyyətinin dəstəklədiyi maddi
və mənəvi dəyərlər sistemini, tələbatları, davranış nümunələrini özündə əks etdirir.
Sosial-mədəni mühitin səmərəli funksionallaşdırılması üçün informasiya – kommu-
nikasiya vasitələrinin tətbiqi lazımdır. İnformasiya-kommunikasiya vasitələrinə aiddir: infor-
masiya vasitələri ilə təchiz edilmiş tədris otaqları, ali məktəbin internet portalı, distant layihə-
lər, telekonfranslar, ali məktəbin nəşrləri, elektron kitab, dərslik, mühazirələr və s. Beləliklə,
ali məktəbin sosomədəni mühiti müasir texnologiyalardan istifadə etməklə innovasion poten-
sialın formalaşdırılmasını, mobillik, kreativlik, özünüidarə, liderlik və rəqabətlilik kimi key-
fiyyətlərin formalaşmasını təmin edən məkandır.
Ali məktəbin təhsil məkanı və sosial - mədəni mühitində tərbiyə işinin təşkili aşağı-
dakı məqsəd və vəzifələri əhatə edir:
öyrənənlərdə ümummədəni və peşəkar kompetensiyaların formalaşmasına imkan ve-
rən sosial-psixoloji şəraitin və sosiomədəni tərbiyəedici mühitin yaradılması;
geniş sosial və peşəkar təcrübənin tələbələr tərəfindən mənimsənilməsi;
tələbələrdə yüksək mənəvi-əxlaqi keyfiyyətlərin və etik davranış normalarının tər-
biyə edilməsi;
universitetin əməkdaşları, tələbə və müəllimlərinin dəyər oriyentasiyaları sistemini
müəyyən edən ali məktəbin korporativ mədəniyyətinin formalaşması;
ən yaxşı ali məktəb ənənələrinin möhkəmləndirilməsi və inkişafı;
gələcək mütəxəssislərdə seçdikləri peşənin sosial rolunu dərk etməyə, peşə borcuna
məsuliyyətli münasibətin formalaşdırılması;
universitetin tələbə - gənclərində vətənpərvərlik şüurunun və fəal vətəndaş mövqe-
yinin formalaşdırılması;
demokratik, çoxmillətli cəmiyyətin dinamik inkişafı şəraitində tələbələrdə şəxsi və
peşəkar əhəmiyyətli keyfiyyətlərin formalaşması üçün təşkilatı-pedaqoji şəraitin yaradılması-
nın təmin olunması;
tələbələrdə ümumi mədəni səviyyənin və estetik zövqün, davranış, nitq və ünsiyyət
mədəniyyətlərin yüksəldilməsi;
birinci kurs tələbələrinin ali məktəb mühitinə uyğunlaşması üzrə işin sisteminin
təkmilləşdirilməsi;
humanizm prinsipi əsasında təhsil subyektləri arasında münasibətlərin formalaş-
dırılması;
öyrənənlərin peşəkar və şəxsi inkişafına yönəldilmiş tələbə klublarının, yaradıcı
birliklərinin, tələbə elmi cəmiyyətlərinin fəaliyyətinin genişləndirilməsi;
ali məktəbinin tələbələrində motivasiya və sağlam həyat tərzi vərdişlərinin
formalaşdırılması;
tələbə mühitində narkotik vasitələrdən, tütün və spirtli içkilərdən istifadənin qarşı-
sının alınması, millətçilik və ekstremizmin istənilən təzahürlərinə qarşı profilaktik kompleks
tədbirlərin həyata keçirilməsi;
ali məktəbin tələbə özünüidarə orqanlarının, hüquq-mühafizə, ekoloji və könüllülər