Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə113/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   109   110   111   112   113   114   115   116   ...   298
 
 
86 
lığını demək olar ki  itirir. Sürətli  elmi-texniki tərəqqi  şəraitində  yeni  texniki  sistemlərin  ya-
ranması  isə  müasir  tendensiyaların  elmi  əsaslarının  öyrənilməsini  tələb  edir.  Belə  bir  pers-
pektiv inkişaf şəraitində pedaqoji və psixoloji elmlər də öz funksiyasını radikal dəyişməlidir. 
Ona görə də rəqabətəqabil şəxsin hazırlanma prosesi elə istiqamətlədirilməlidir ki, o yeni tex-
nika  ilə  səmərəli  ünsiyyətə  hazır  olsun.  İstehsalatda  olan  çevik  texnologiyalar  kimi,  təlim 
praktikasında da çevik təhsil sistemi geniş tətbiqini tapmalıdır. Belə sistemlər həm də infor-
masiyaları daim müstəqil şəkildə qəbul etməyə imkan verən bacarıqların formalaşdırılmasına 
xidmət etməlidir. Eyni zamanda çevik təhsil sistemləri müasir pedaqji yanaşmalar tələb etdi-
yindən, birinci növbədə şəxsyətin inkişafını təmin edən, yaradıcılığını stimullaşdıran, yaradıcı 
təfəkkürün inkişafına şərait yaradan pedaqoji və təlim texnologiyalarına üstünlük verilməlidir. 
Tədris-təlim prosesinin məzmunu elə formalaşdırılmalıdır ki, elmi biliklərin nəticələrinə söy-
kənən bacarıqların qazanılmasından başqa təfəkkür mədəniyyətinin, əqli tərbiyənin, idrak pro-
sesinin inkişafı nəticəsində insanın özünü dərg etməsi təmin oluna bilsin. Q.Qaliley demişdir: 
“Ən ali hikmət-özünü tanımaqdır”. Başqa sözlə, təhsilin mahiyyəti onun formalaşdırdığı şəx-
siyyətin səviyyəsindən, onun həyatda layiqli yer tutub-tutmamasından, insan olmaq xoşbəxtli-
yindən nə dərəcədə istifadə edə bilməsindən çox asılıdır. 
Təhsil ictimai həyatın və milli məfkurənin ayrılma tərkib hissəsi olduğundan, milli ru-
hun inkişafını təmin edən ən mühüm vasitələrdən biridir. Böyük alman filosofu İ.Fixte Alman 
xalqına müracitəndə deyir ki, xalqın ruhunu yünidən yüksəltmək, ruh düşgünlüyünə qapılmış 
xalqın  inamını  özünə  qaytarmaq  üçün  çıxış  yolu,  məhz  yeni  milli  təhsil  sisteminin  qurul-
masındadır.  
Elmin  məqsədi  insanın  intellektual  dünyasını  zənginləşdirmək,  onu  daha  məlumatlı, 
daha bilikli etmək və bu biliyin gücə çevrilməsi sayəsində onun imkanlarını artırmaq, müva-
fiq bacarıqların formalaşmasına şərait yaratmaqdır. Lakin insanın maddi, iqtisadi, fiziki gücü 
artdıqca, bu gücü düzgün istiqamətləndirmək, ondan daha səmərəli istifadə etmək üçün mə-
nəvi kamillik səviyyəsini artırmaq lazımdır. Ona görə də təhsilin məzmununun formalaşdırıl-
masında elmi biliklərin həcmi, gələcək kamil insanın, rəqabətə davamlı şəxsiyyətin yetişdiril-
məsində, yeni bacarıqların qazanılmasında onun rolu dəqiq müəyyənləşdirilməlidir. Elmi-tex-
niki  tərəqqinin  son  nailiyyətlərindən  istifadə  olunmaqla,  nəzərə  alınmalıdır  ki,  elmin  əsas 
funksiyası  heç  də  sadəcə  insanın  mənəvi-intellektual  maraqlarına  deyil,  onun  dünyanı  məq-
sədyönlü sürətdə dəyişdirmək, öz əməli fəaliyyətini elmi əsaslar üzərində qurmaq məqsədinə 
xidmət etməkdir [3]. 
Təhsildə qazanılmış bilik hər hansı fəaliyyət proqramına daxil edilə bilmirsə, o, passiv 
hafizəyə  keçərək  tədricən  unudulur,  «lazımsız»  biliyə  çevrilir.  İngilis  filosofu  B.Styuard  ya-
zırdı: «Yadda saxlamaq istəmədiyini oxuma, istifadə etməyəcəyini isə yadda saxlama». R.De-
kart isə  yazırdı:  «Yaxşı ağıl hələ azdır, əsas məsələ onu yaxşı tətbiq etməkdir». Ona görə də 
təhsilin fundamentallığı elə təmin olunmalıdır ki, təlim prosesində hər bir öyrənən biliyi özü 
kəşf etsin.  
Yeni pedaqoji təfəkkür öyrənənin bir şəxsiyyət kimi  yetişdirilməsini təhsil sisteminin 
başlıca vəzifəsi hesab etməlidir. Bunun həyata keçirilməsi üçün təlim prosesi inkişafetdirici, 
tərbiyəedici və şəxsiyyətə istiqamətlənmiş nəticəyönümlü xarakter daşımalıdır. Yeni pedaqoji 
təfəkkür müasir psixologiya və pedaqogikanın uğurlarına arxalanmalı, yeni pedaqoji və təlim 
texnologiyalarına, İKT-yə xüsusi əhəmiyyət verməlidir. Bu gün hər bir öyrədən bu məsələlər 
barədə  nəinki  aydın  təsəvvürə  malik  olmalı,  həm  də  təlim-tərbiyə  işini  müasir  dövrün  pe-
daqoji konsepsiyası baxımından yenidən qurmalıdır.  
Ona  görə  də  təhsilin  pillələri  üzrə  təlimin  zəruri  minimumunun,  bilik  həddinin  və 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin