Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə111/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   107   108   109   110   111   112   113   114   ...   298
 
 
Novruz Musayev 
Azərbaycan Tibb Universitetinin professoru, 
pedaqoqika üzrə elmlər doktoru  
E-mail: 
drmusayev@gmail.com
 
 
Rəyçilər: ped.ü.f.dok. Ə. Gərayev   
  
    ped.ü.f.d., dos.N.Axundov 
 
Açar sözlər: sərbəst işlər, inteqrativ təhsil, pedaqoji təfəkkür, ayırd etmə 
Ключевые слова: свободная работа, интегративное обучение, педагогическое 
мышление, разрешающая способность 
Key words: free work, integrative education, pedagogic thinking, definition 
 
Məlum olduğu kimi, 2005-ci ilin may ayında Respublikamız Bolonya prosesinə qoşu-
laraq  ali  təhsil  müəssisələrində  Avropa  Kredit  Transfer  sisteminin  tətbiqinə  dair  öhdəliklər 
götürmüşdür.Bu  məqsədlə ölkə Prezidenti Cənab İlham Əliyev 31 yanvar 2008-ci il tarixində 
“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasi-
yası  ilə  bağlı  bəzi  tədbirlər  haqqında”  sərəncam  imzalamış  və  22  may  2009-cu  iltarixində 
Azərbaycan Respublikasının ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası proses-
lərinin sürətləndirilməsi, ali təhsilin məzmununun Bolonya Bəyannaməsinin prinsiplərinə uy-
ğun  qurulması,  ölkə  iqtisadiyyatının  inkişaf  meyillərinə  müvafiq  olaraq  yüksək  hazırlıqlı 
kadrlara  təlabatın  ödənilməsi,  həmçinin  əhaliyə  müasir  standartlar  səviyyəsində  ali  təhsil  al-
maq imkanı yaradan səmərəli ali təhsil sisteminin formalaşdırılması məqsədi ilə “2009-2013-
cü illərdə Azərbaycan Respublikasının ali təhsil sisteminin islahatlar üzrə Dövlət Proqramı”nı 
təsdiqləmişdir. Bu proqramının icrasının əsas istiqamətlərindən biri də ali təhsildə keyfiyyətin 
təmin olunmasıdır. Eyni zamanda ali təhsildə keyfiyyətə təminat Avropa təhsil məkanına in-
teqrasiyada mühüm mərhələ olan Bolonya prosesinin də başlıca tələblərindəndir. Keyfiyyətli 
ali təhsilin ən mühüm meyarlarından biri də tələbələrin bilik və bacarığının obyektiv və əda-
lətli qiymətləndirilməsindən ibarətdir. 
Hazırda Azərbaycan tibb universitetində tələbələrin bilik səviyyəsi yüz ballıq sistemlə 
qiymətləndirilir.  Bu  yüz  baldan  əlli  bal  tədris  prosesinin  nəticələrinə  əsasən  dərsi  aparan 
müəllim tərəfindən qiymətləndirilir. Qalan əlli bal isə test imtahanının nəticələrindən asılı ola-
raq tələbənin özü tərəfindən qazanılır. Müəllimin qiymətləndirdiyi əlli baldan on bal tələbənin 
dərsə dəvamiyətinə və başqa etik göstəricilərinə, on bal laboratoriya işlərinin yerinə yetirmə-
sinə,  iyirmi  bal    məşğələ  dərslərindən  əldə  etdiyi  müvəffəqiyyətlərə  görə  və  nəhayət  on  bal 
sərbəst işlərin yerinə yetirilməsinə görə verilir. Sərbəst işlər tibbi və bioloji fizikanın tibbdə ən 
çox tətbiq olunan sahələrindən seçilir, ümumi sayı on dənə olur və hər iş bir balla qiymətlən-
dirilir. 
Təcrübə göstərir ki,təlimin məqsəd, məzmun, forma, metod və vasitələrdən ibarət sis-
temi həmişə aparıcı olsa da,ona yanaşmalar müxtəlif olmuşdur. Sadalanan vacib kompanent-
lərin  müvafiq  prinsiplərə  tabe  olmaması  onların  mənimsənilməsini  çətinləşdirmiş,  tətbiq im-
kanlarını məhdudlaşdırmışdır. Ona görə də  yeni  yanaşmalar, tətbiq olunan standartlar, öyrə-


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin