Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
90
Тялябялярин мцстягил ишинин тяшкили тящсилдя
актуал проблем кими
Nigar Zeynalova
Azərbaycan Dillər Universitetinin müəllimi,
fəlsəfə doktoru proqramı üzrə doktorant
E-mail:
nigarzeynalova777@gmail.com
Rəyçilər: ped.ü.e.d., prof. A.N.
Abbasov
ped.ü.f.d., R.S. Əliyev
Açar sözlər: inkişaf, idrak fəallığı, problem,
müstəqillik, islahat
Ключевые слова: развитие, позанвательная деятельность, реформы, проблемы,
самостоятельность
Key words: development,
cognitive activity, reform issues,
independence
Son illər Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq aparılan
sosial-iqtisadi dəyişikliklər təhsil alanların bilik, bacarıq və vərdişlərinə yeni tələblər vermiş,
onun məzmun, metod və üsullarına müasir baxışları zəruri etmişdir. Bununla əlaqədar fənnə
dair biliklərin əldə olunmasından təhsil alanların ümumi təlim kompetensiyalarının, bilik, ba-
carıq və vərdişlərinin formalaşmasına keçid əsas götürülmüşdür. Təhsilin inkişafı ölkədə əha-
linin rifahının yaxşılaşması, daha yüksək səviyyədə qurulması üçün zəmin yaratmalı, insan-
ların texnologiyaları çevik mənimsəmək, əmək bazarında yer tutmaq, ömür boyu oxumaq,
düzgün mövqe seçmək imkanı verməlidir. Bu isə öz növbəsində, təlim prosesinin fərdiləş-
məsinə, təhsil alanların təlim motivasiyasının və təlim müstəqilliyinin artmasına imkan verən
yeni və müasir tələblərə cavab verən pedaqoji yanaşmaların işlənilib hazırlanmasını zəruri et-
mişdir. Bu gün təhsilin başlıca vəzifəsi müstəqil şəkildə biliklərə yiyələnən, qeyri adi vəziy-
yətlərdə sərbəst qərar qəbul edən, məsuliyyətli, daim öyrənməyə həvəsi və marağı olan şəx-
siyyət formalaşdırmaqdır. Pedaqoji kadrların bu istiqamətdə hazırlığı xüsusi əhəmiyyət kəsb
edir, çünki onlar gələcəkdə şərəfli və məsuliyyətli bir vəzifə yerinə yetirəcəklər-onlar müəllim
olacaqlar.Bu səbəbdən tələbələrin müstəqil işinin təşkilinə yenidən baxılmalı, yeni və müasir
tələblərə cavab verən pedaqoji yanaşmalar işlənilib hazırlanmalıdır.
Tədqiqatlardan görünür ki, ali məktəblərdə tələbələrin müstəqil işinin təşkili və yerinə
yetirilməsi diqqət mərkəzində olsa da, bu sahədə bir sıra nöqsanlar da özünü göstərir. Mə-
sələn, təlim proqramlarında tələbələrin müstəqil işinə nədənsə əlavə vaxt ayrılmayıb, bu isə
tələbələrin müstəqil işinin lazımi səviyyədə təşkil olunmasına mane olur, mühazirə, praktik
və laborator məşğələlərin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır. Nəticədə müstəqil fəa-
liyyət bacarığı olmayan tələbələr müstəqil işin təşkili və keçirilməsi ilə bağlı bir sıra prob-
lemlərlə üzləşir ki, bu da öz növbəsində proqram materialının lazımi səviyyədə mənimsənil-
məməsinə şərait yaradır.
Azərbaycanın qoşulduğu Bolonya prosesinin əsas şərtlərindən biri də tələbələrin müs-
təqil işlərinə ayrılan saatların artması və auditoriya məşğələlərinin azalmasıdır. Azərbaycan
dövlət müstəqilliyini qazandıqdan sonra digər sahələrdə olduğu kimi təhsildə də geniş isla-
hatlar həyata keçirilir. İslahat proqramı çərçivəsində müxtəlif sənədlər qəbul olunmuşdur. On-
lar ali təhsilli mütəxəssisin qarşısına bir sıra tələblər qoyur. Onlardan ən vacibi fasiləsiz oxu-
maq, mövcud bilik və bacarıqlarını müstəqil şəkildə artırıb təkmilləşdirməkdir. Bu səbəbdən