97 10 Sosial tərbiyənin nəzəriyyəsi və metodikası yönümündə elmi-pedaqoji təsəvvür-
lərin genişləndirilməsinə imkan verən başlıca müddəalara aydınlıq gətirilməlidir ki, tələbələr-
lə dərsdənkənar işi səmərəli qurmaq mümkün olsun. Eyni zamanda sinifdənxaric işin təşkilat-
çılarına “sosial fəallıq” anlayışının mahiyyəti, sosial fəallığı təşkil edən komponentlər aydın
olmalıdır.
11. Tələbələrdə sosial fəallığın inkişafı mexanizmi fasiləsiz izlənilməlidir. Bu məqsəd-
lə həyata keçirilmiş hər bir tədbirdən sonra pedaqoji diaqnostika tətbiq oluna bilər. Bunun
üçün ilk növbədə pedaqoji diaqnostikanın vasitələri müəyyənləşdirilməlidir. Buraya daxildir:
kollec tələbələrinin sosial fəallığının formalaşdırılması metodikasının işlənməsi və tətbiqi və
onun səmərəliliyinin qiymətləndirilməsi, söhbət, müsahibə, sorğu, anketləşdirmə, müşahidə,
test tapşırıqları, tapşırıqlar və s. Əldə olunmuş səmərəli nəticələrdən sonrakı fəaliyyətlərində
kollecin şöbə müdirləri, qrup rəhbərləri, gənclər təşkilatının rəhbərləri, kitabxanaçılar, ictimai
təşkilatların nümayəndələri, kollec direktorunun tərbiyə işləri üzrə müavini, fənn müəllimləri
faydalana bilərlər.