95 Psixologiyada fəallıq vəziyyət kimi, şəxsiyyətin tələbatlarına və maraqlarına əsaslanan
keyfiyyət və fəaliyyətə daxili hazırlıq kimi nəzərdən keçirilir.
Fəallıq dedikdə, bunu təlim və tərbiyə vəzifələrinin həyata keçirilməsinə yönələn əqli,
mənəvi, iradi və fiziki qüvvələrinin səfərbərliyə alınması kimi başa düşmək lazımdır.
Kollec tələbələrinin şəxsiyyətinin formalaşmasında sinifdənxaric vaxtlarda onların
fəaliyyəti əhəmiyyətlidir. Təlimdən sonrakı asudə vaxtlarda peşə bacarıqları, sosial dəyərli
keyfiyyətlər, təşkilatçılıq qabiliyyətləri təşəkkül tapır və inkişaf edir.
Tələbələrdə sosial fəal şəxsiyyətin formalaşması səviyyəsini müəyyən edən meyarlar
hansılar ola bilər? Bu meyarları biz aşağıdakı kimi təsəvvür edirik: təşkilatçılıq, müstəqillik,
mütəşəkkillik, təşəbbüskarlıq kimi şəxsiyyət keyfiyyətlərinin, peşə-pedaqoji bacarıqların, so-
sial dəyərlər haqqında hərtərəfli təsəvvürlərin formalaşması.
A.İ. Krupnov şəxsiyyətin fəallığının mahiyyətini belə müəyyən edir: ”subyektin ətraf
aləmlə fasiləsiz qarşılıqlı əlaqəsinin təmin olunması” (3, 28).
Şəxsiyyət sosial mühitlə qarşılıqlı əlaqədə olaraq, bu mühiti dərk etməyə, ondan fay-
dalanmağa, onu zənginləşdirməyə çalışır.
Açıq sosial mühit heç də həmişə öz subyektlərinə müsbət təsir etmir, fəqət onu azad-
lıq, fəallıq, məsuliyyət, davranış və peşə davranşının etalonları və modelləri haqqında yeni tə-
səvvürlərin təzahürünə aparır.
N.İ. Kuznetsova yazır: “Cəmiyyətin sürətli informatlaşdırılması ilə bağlı sosiallaşma
tempinin güclənməsi baş verir. Sosial qrup şəxsiyyətin sosiallaşması dövründə onunla cəmiy-
yət arasında vasitəçi kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, hazırkı tələbələr öz işlərində
hələ meydana gəlməmiş texnologiyalardan istifadə edəcək, bu gün təsəvvürümüzə belə gətir-
mədiyimiz problemləri həll edəcək. Belə vəziyyətdə sosiallaşmanın təsisatı kimi təhsil sosial-
laşmanın digər təsisatlarından – iqtisadiyyat və biznesdən kənarda qala bilməz. Bu zaman la-
zımdır ki, müəyyən mədəniyyətin daşıyıcısı olmaq etibarilə hər bir tələbə, hər bir vətəndaş
özünü bəşəri vətəndaş kimi hiss edərək, dünya mədəniyyətində yaxşı olan hər şeyə qadir ol-
malıdır. Odur ki, mədəniyyətin ideallarını və ənənələrini qoruyub saxlamaq naminə tarixi-
mədəni irsi qiymətləndirməyə qabil olan, onu mühafizə edib
çoxaltmağı bacaran
auditoriyanı
formalaşdırmaq lazımdır. Bu, öz növbəsində
sosial fəallıq kimi keyfiyyəti formalaşdırmağı
nəzərdə tutur” (4).
Kollec tələbələrinin yaş xüsusiyyətləri və təhsil səviyyələri ilə şərtlənən sosial fəal-
lığının formalaşdırılması prosesinin xarakteri və məzmunu ətraf aləmə və özünə fəaliyyətyö-
nümlü münasibətdə öz ifadəsini tapır, özünütəyin, özünütərbiyə və özünreallaşdırma tələbat-
larını həyata keçirilməsinə kömək göstərir. Tələbələrin sosial əhəmiyyətli keyfiyyətləri vətən-
daşlıq mövqeyində, daimi təkmilləşməyə cəhddə öz ifadə olunan mənəvi, müstəqil, fəal şəx-
siyyətin tərbiyə olunmasına yönəlməlidir.
Kollec tələbələrinin sosial fəallığı özündə sosial biliklər bütöv sistemini, qiymətləndi-
rici mülahizələri, dünyagörüşü yönəlmələri, müstəqilliyə və təşəbbüskarlığın təzahürünə yö-
nələn; sosial mühitlə qarşılıqlı fəaliyyətə istiqamətlənən və fəaliyyətin müxtəlif növləri ilə
onun dəyişdirilməsinə imkan verən; şəxsiyyətin humanist, işgüzar və vətəndaş keyfiyyətlə-
rində təzahür edən fəaliyyətləri diqqət mərkəzinə gətirən şəxsiyyətin inteqrativ keyfiyyəti ki-
mi nəzərdən keçirilir.
Bütün yuxarıda deyilənlərin həyata keçirilməsində sinifdənxaric tədbirlərin imkanları
genişdir.
Kollec tələbələrinin sosial fəallığının formalaşdırılması təhsil-tərbiyə prosesinin əhə-
miyyətli vəzifələrindəndir. Orta ixtisas məktəbi tələbələrdə sosial fəallığın inkişaf etdirilməsi,