Məqalənin aktuallığı. Dünyada baş verən proseslərdə yaradıcı və savadlı şəxsiyyətin
rolu danılmazdır. Bu baxımdan tələbələrin müstəqil işinin təşkili xüsusi əhəmiyyət kəsb edir,
çünki məhz müstəqil fəaliyyət zamanı tələbələrdə müasir mütəxəssisə lazım olan keyfiyyətlər
formalaşır.
Məqalənin elmi yeniliyi. Tələbələrin müstəqil işinin müasir təşkili düşüncə tərzinin,
müasir təlim texnologiyalarından istifadəni təmin edir.
Məqalənin praktik əhəmiyyəti və tətbiqi. Məqalədə irəli sürülən təkliflər tələbələrin
müstəqil işinin təşkilinin səmərəsini artırar, onlarda müstəqil işləmək bacarığının formalaşma-
sı və inkişafını təmin edər.