91 önəmli yer tələbələrin müstəqil bilik əldə etmələrinə, onların daim yenilənməsinə verilir. Belə
yanaşma fasiləsiz təhsil konsepsiyasına əsasən düzgün yanaşmadır [1]. Məhz bu səbəbdən
müstəqil bilik əldə etmək bacarığı bu gün əhəmiyyətli məsələlərdən biridir və dünya prak-
tikasında ona böyük yer ayrılır. Lakin təcrübədə bu hər zaman öz lazımi əksini tapmır. Tələ-
bələr çox vaxt nəinki müstəqil işləyə bilmir, hətta işləmək istəmirlər. Digər tərəfdən müstəqil
işə ayrılan saatların müəllimlərin dərs saatlarının hesabına artması müəllimlərin müstəqil işə
mənfi münasibət göstərmələrinə səbəb olur. Çox vaxt müstəqil işə ayrılan vaxt formal xa-
rakter daşıyır və reallıqda tələbənin təlim prosesində iştirakı auditoriya məşğələləri ilə kifayət-
lənir və bu da gələcək mütəxəssislərin hazırlıq səviyyəsinə təsir edir.
Hal-hazırda tələbələr müstəqil işə ayrılan saatları asudə vaxt kimi qəbul edirlər. Bunun
üçün tələbələrə müstəqil işin əhəmiyyətini, onun tələbənin idrak fəaliyyətinin inkişafında, gə-
ləcək mütəxəssis kimi formalaşmasında rolunu aşılamaq lazımdır, təlimin tərkib hissəsi olan
müstəqil işin vacibliyinin dərk edilməsini onlarda tərbiyə etmək lazımdır. Bu səbəbdən artıq 1
kursdan tələbələrə tədris edilən fənlərə dair nəinki dərin və möhkəm biliklər ötürməli, eləcə
də onlarda təcrübədə tətbiqetmə bacarığını, peşəkar fəaliyyətə hazırlığı formalaşdırmaq lazım-
dır, yəni öyrənməyi öyrətmək lazımdır. Bu gün təhsilin başlıca vəzifəsi müstəqil şəkildə bilik-
lər əldə edə bilən, qeyri-adi vəziyyətlərdə sərbəst qərar qəbul edən, məsuliyyətli, daim öyrən-
məyə həvəsi və marağı olan şəxsiyyət formalaşdırmaqdır. Tələbələrin çətinlikləri məhz onlar-
da müstəqil işləmək bacarığının olmaması ilə əlaqədardır. Bunun üçün tələbələri elə hazırla-
maq lazımdır ki, onlara müstəqil iş üçün ayrılan vaxt fəal təlim vaxtı kimi istifadə olunsun
[2].
Auditoriya məşğələlərinə ayrılan saatların azaldılması səbəbindən bir sıra məsələlər
mühazirələrdə və praktik məşğələlərdə ixtisaslaşmış halda öyrədilir digər məsələlərə az diq-
qət yetirilir və tələbələrə müstəqil tədqiqat üçün təklif olunur. Müstəqil fəaliyyət bacarığı ol-
mayan tələbələr bu məsələlərin həllində aciz qalırlar. Məsləhətlər üçün ayrılmış vaxt fənnin
təlim proqramını mənimsəməyə kifayət etmir. Tələbələrin müstəqil işinin təşkili ali məktəb-
lərdə mütəxəssis hazırlığı prosesində mühüm yer tutur, aktual problemdir. Eyni zamanda bu
işin təşkili bir sıra pedaqoji problemlərlə müşayiət olunur. Bu ilk növbədə ali məktəbin tədris
prosesində müstəqil işləmək bacarığının aşılanmasına, tələbələrə müstəqil iş üçün dəqiq vax-
tın ayrılması və vaxtdan səmərəli istifadə olunması, tələbələrin idrak-təlim fəaliyyəti ilə elmi
tədqiqat fəaliyyətin əlaqələndirilməsinə dair dəqiq metodikanın olmamasıdır.
Çox vaxt ali məktəblərdə təlim prosesində tələbələrin müstəqil işinintəşkili təlim fən-
ninin xüsusiyyətinə və ixtisasa əsasən diferensial xarakter daşımır. Bundan əlavə çox vaxt öy-
rənilən fənnin elmi nöqteyi-nəzərdən praktik məqsədi izlənilmir. Digər tərəfdən bu gün fəal
təlim metodu vasitəsi ilə tələbənin yaradıcı müstəqil fəaliyyətini təşkil edə bilən müəllimlərin
sayı kifayət qədər deyil və onların bu sahədə hazırlığına diqqət yetirilmir. Azərbaycanda bu
gün orta məktəb müəllimlərindən fərqli olaraq ali məktəb müəllimləri təlim prosesində fəal
təlim metodlarından kifayət qədər istifadə etmirlər, daha çox ənənəvi mühazirələrə üstünlük
verir bu da tələbələrin yaradıcı təfəkkürünün, idrak fəallığının, müstəqil və sistemli fəaliyyət-
lərinin inkişaf etməsinə mane olur. Adı çəkilən bacarıqların ali məktəbdə təhsil müddəti ərzin-
də formalaşıb inkişaf etməməsi gələcək mütəxəssislərin bir sıra problemlərlə üzləşməsi, müx-
təlif problemlərin həllinə dair çətinlik çəkməsi və nəticədə məzunların işlə təmin olması prob-
lemini ortaya çıxarır [3].
Müasir dövrdə müəllim pedaqoji-psixoloji fənlərin tədrisi prosesində məzmunun şab-
lon şəkildə tədrisindən vaz keçməli, daim axtarışda olmalıdır. Təcrübə göstərir ki, yalnız müs-
təqil və yaradıcı fəaliyyət zamanı əldə olunan biliklər etibarlı və möhkəm olur və insanın hə-