101 Ölkənin texniki-peşə təhsili sistemində əsaslı islahat tədbirləri peşəyönümü və həyata,
fəaliyyətə hazırlığın bir elementi də sosial məşğulluğa təminat məsələsi, peşəseçmə işinə çe-
vik yanaşma oldu.
Ölkədə yeniləşən turizm sektorunun şəbəkəsi əmək bazarına özünün çoxsahəli sifariş-
ləri ilə dəyişiklik gətirmiş oldu. Bu sifarişləri ödəmək ilk günlərdə bir çox ləngimələri bərabə-
rində gətidi; Yeni peşələrin mənimsənilməsi, bazar iqtisadiyyatının tələblərini irəli sürməklə
yanaşı peşə hazırlığında mərhələli proses kimi peşə maarifi, peşəseçimi və peşədəyişmə,
təlimatlandırma işləri sosial məşğulluğun təmin edilməsi tədbirləri timsalında canlanmış oldu.
Bazar iqtisadiyyatına keçid dövrünün gətirdiyi çətinliklər ilk növbədə əmək bazarında,
eləcə də sosial məşğulluğun təmin edilməsində özünü göstərməyə başladı. Ən önəmlisi əha-
linin çoxluq təşkil edən təbəqəsinin maraqlarını əhatə edirdi; belə ki, məşğulluğunu itirən, gə-
rəksiz peşələr siyahısına düşən işlərdə çalışanlar, əməkhaqqının azlığı üzündən işsiz qalan bir
çox vətəndaşlar getdikcə “işsiz” statusu almaq arayışı ilə bir çox qurum və tə təşkilatların qa-
pısını çalmağa başladılar. Planlı istehsalatın aradan qalxması ilə işsiz qalanlar da bu təbəqə-
dən olan insanların sayının artmasına səbəb oldu. Qanunauyğun olaraq yeni anlayışların dili-
mizdə daha işlək hal alması ilə diqqəti çəkməyə başladı: ”Peşə dəyişmə”, ”Əmək bazarı”, ”İş-
sizlik statusu”, ”Sosial məşğulluq”, ”Ehtiyac meyarı”, ”İşəgötürən”, ”İşaxtaran”, ”Sosial müa-
vinət”. Bu anlayışların məzmununa uyğun olaraq dövlət siyasətinin bu sahədə uyğun addım-
ları öz yerini tutmağa başladı: ”Əhalinin sosial müdafiəsi” sahəsində gərəkli addımlar atılması
artıq məqsədyönlü tədbirlər tələb edirdi. Hadisələrin dedişi onu göstərdi ki, bi problem dövlət
siyasətinin önəmli strukturlarına daşındı, Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin fə-
aliyyətinin genişləmndirilməsi, Dövlət Məşğulluq Mərkəzinin yaradılması, bir dövlət qurumu
kimi onun hərtərəfli fəaliyyət imkanları və planında əmək yarmarkalarının təşkili və keçiril-
məsi bu qəbildən olan tədbirlər kimi öz yerini almış oldu.
II. Azərbaycan Respublikasının müstəqil dövlət kimi əhalinin qeyri-məşğul hissəsinin
sosial məşğulluğunu təmin etmək üzrə beynəlxalq müqavilə, Konvensiya və Assosiasiyaya
qoşulur.
Azərbaycan müstəqil dövlət kimi 1992-ci ildən Beynəlxalq Əmək Təşkilatının üzvü-
lüyünü qəbul etmiş, təşkilatın üzvü kimi bir sıra hüquqi-normativ sənədlərə qoşulduğunu bə-
yan etmişdir. Beynəlxalq Əmək Təşkilatı ilə yanaşı Azərbaycan Respublikası Dövlət Məşğul-
luq Xidmətinin Dünya Assosiasiyasının, Avropa Təlim Fondunun, İslam Əməkdaşlıq Təşki-
latının üzv ölkələrinin Dövlət məşğulluq Orqanlarının qoşulduğu müvafiq konvensiya və akt-
lara qoşulduğunu bəyan etmişdir.
Müvafiq konvensiya aktının tələblərinə uyğun olaraq ölkədə məşğulluq xidmətinin
inkişaf etdirilməsi üzrə gərəkli addımlar atilmasına başlanmışdır. İqtisadiyatın inkişafının tən-
zimlənməsilə yanaşı qeyri-məşğul əhalinin yeni iş yerləri ilə təmin edilməsi məsələsi dövlətin
bu sahədə xüsusi proqramlarının qəbulunu şərtləndirmiş oldu. Ölkədə qeyri-məşğul əhalinin
sosial müdafiəsi üçün ilk növbədə əmək ehtiyatlarından vaxtında və düzgün yararlanmaq bi
siyasətin tərkib hissəsi idi. ”Azərbaycan Respublikasının məşğulluq strategiyasının həyata ke-
çirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)”-nın qəbulu dövlətin sosial məşğulluğa
ayırdığı diqqətin bariz nümunəsi idi.
Azərbaycan xalqı öz müstəqilliyini çox mürəkkəb bir ictimai-siyasi şəraitdə qazanmış
oldu. Bu çətin dövrdə dünya dövlətləri sırasında öz layiqli yerini tutmaq kimi bir tarixi şansa
imza atmaq bir xalqın ölüm-dirim məsələsi idi. Bu çətin və şərəfli yolda qarşıda duran çox
mühüm vəzifələr, ağrılı-acılı keçid dövrünün sınaqları dururdu.
Müstəqil dövlətin siyasi-iqtisadi əsasının möhkəmləndirilməsi ən zəruri şərtlər çərçi-