Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə135/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   131   132   133   134   135   136   137   138   ...   298
 
 
103 
Sənayenin yenidən qurulması və onun strukturlarının zəruri şərtlər çərçivəsində inkişa-
fını təmin etmək yüksək ixtisaslı peşəkarlara olan ehtiyacın hər bir sahədə mövcud olduğunu 
göstərdi. Həm ağır sənayenin, həm yüngül sənayenin, həm də yeyinti sənayesinin inkişafının 
sürətlənməsi əmək bazarının  həm kəmiyyət, həm keyfiyyətcə yararlı iş imkanlarına malik işçi 
qüvvəsi tələbini aşkara çıxarmış oldu. 
Elmi-texniki  inkişafın  imkanlarına,  səviyyəsinə,  bazar  iqtisadiyyatının  tələblərinə  ca-
vab  verən  mütəxəssis,  işçi  kadrları,  sadə  peşəkarların  hazırlanması  təhsilin  qarşısında  duran 
vəzifələr  kimi  dəyərləndirilir  və  ixtisasartırma,  peşədəyişmə,  stajkeçmə,  təcrübə  mübadiləsi 
kimi fəaliyyətlər üçün xüsisi kurslar, fakültə  və proqramlar tələb olunurdu. 
Təhsilin bütün pillələri fasiləsiz təhsilin üstünlüklərini nəzərə almaqla rəqabətədavam-
lı, tələbyönümlü və yüksək intellektə yiyələnməyi bacaran nəsil yetişdirmək vəzifəsinin öhdə-
sindən kəlməklə mükəlləf olmuş oldu. 
1.  Fənlərin  tədrisi  prosesində  peşəyönümü  işinin  təlim-tərbiyənin  tərkib  hissəsi  kimi 
gerçəkləşdirilməsi  hər bir təhsil ocağının daima göz önündə tutduğu pedaqoji problemlərdən 
biridir. 
2.  Təhsilin  strukturunda  xüsusi  payı  olan  texniki-peşə  təhsili  məktəblərinin,  eləcə  də 
bununla  yanaşı  aparılan  ixtisasartırma,  peşədəyişmə,  stajkeçmə  işlərinin  daima  davam  et-
dirilməsinin peşəyönümündə mühüm  rol oynaması təxirə salınmaz tədbirlərə rəvac verdi. 
3. Məktəbdənkənar təhsilin xüsusi bir qolu kimi təhsil mərkəzləri, peşə kursları peşə-
yönümündə mühüm rol oynamağa başladı. 
4.  İşəgötürən  və  sosial  məşğulluq  agentlikləri  tərəfindən  zəruri  şərtlər  çərçivəsində 
işaxtaranların, peşəsini dəyişmək istəyənlərin vətəndaşların xüsusi kurslarda təlimatlandırma 
və ixtisasqazanmaya cəlb edilməsi bir sistem kimi formalaşmağa başladı. 
5. Əhaliinin sosial məşğulluq mərkəzləri (həm mərkəzdə, həm də regionlarda) tərəfin-
dən təşkil olunan aylıq və qısamüddətli kurslarda  
“İşsiz“ statusu almış vətəndaşların peşələrə yiyələnmə və peşədəyişmə işinə cəlb olun-
ması üçün  təlim kurslarının,seminarların təşkili məsələsinə diqqət artırıldı. 
Əhalinin  sosial  müdafiəsinin  gücləndirilməsi  məqsədilə  həyata  keçirilən  tədbirlərdən 
ən önəmlisi bu sahədə dövlət siyasətinin təməli olan qanunvericilik orqanlarının təsisi, müva-
fiq aktların qəbulu məsələsi idi. ƏƏSMN–nin yaradılmasından keçən müddətdə görülən işlə-
rin problemin həllinə yönəlmiş olsa da əhalinin sosial müdafiəsinin təməl daşlarından birinin 
də  işaxtaranların  sosial  məşğulluğunu həyata keçirən dövlət  orqanlarının,  ictimai  qurumların 
fəaliyyətinin tənzimlənməsi  idi. 
III. ƏƏSMN-yanında Baş Məşğulluq İdarəsinin respublikada əmək bazarının öyrənil-
məsi və sosial məşğulluq xidmətinin təşkili . 
Dövlət Məşğulluq xidməti mərkəzinin fəaliyyəti bu sahədə həyata keçirilən tədbirlərin 
intensiv xarakter alması kimi dəyərləndirilə bilər. Mərkəzin fəaliyyətinin genişləndirilməsi re-
gionlarda da sosial məşğulluğun diqqət mərkəzində saxlanmasını şərtləndirmiş oldu. Bu təd-
birlər  istər  gənclərin  sosial  məşğulluğuna  qayğı,  həm  də  müxtəlif  sosial  qrupların  işlə  təmin 
olunması məsələsini tənzimləməli idi. 
Əhalinin müxtəlif qrupları arasında peşəyönümü, peşəseçmə və peşədəyişmə kimi hal-
larının mövcud olduğu şəhər və qəsəbələrdə, işsizliklə qarşılaşdığımız yaşayış məntəqələrində 
uyğun təlimatlandırma, peşə maarifi, peşə adaptasiyası kimi tədbirlərin sosial məşğulluğun tə-
min olunması məqsədinin reallaşdırılmasına xidmət edir. 
Həyata keçiriləm bütün bu tədbirlər dövlətin sosial-iqtisadi vəziyyətin sabitliyini təmin 
etmək məqsədinin real inkişafla bağlı olaraq gerçəkləşdirmək istəyindən irəli gəlir. Dövlət tə-


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin