106 təsdiqləmiş oldu. Bu məqsədlə toplanmış məlumatlar müxtəlif mənbələrdən əldə edilir,
”Əmək birja”larının təşkili üçün zəmin hazırlanır. Belə mənbələr müxtəlif, çoxsahəli tələ-
batlar hesabına formalaşır. İşəgötürənlər özləri də müxtəlif təşkilat və müəssisələri təmsil et-
dənlərlə yanaşı ayrı-ayrı vətəndaşlar da ola bilər. Bu tələbləriin müxtəlif olması təklif olunan
işlərin forma və məzmunca da müxtəlif xarakterdə olması ilə şərtlənir: günəmuzd iş, müvəq-
qəti iş, daimi iş, xüsusi peşəkarlıq tələb edcən işlər, hazırlıqlı mütəxəssislər, elm, təhsil, tibb
sahələrinə, ağır, yüngül sənaye və yeytinti sənayesinə məxsus iş yerlərinin tələb olunduğu
“Səyyar əmək yarmarkaları” ilk növbədə işaxtaranların işlə təmin olunmasını nəzərdə tutur;
bu yarmarkalar həm də peşə maarifi işinin daima göz önünnə tutulmasını təmin etmiş olur.
Görülmüş işlərin əhatəsi gələcək tədbirlərin keçirilməsi üçün zəmiən hazırlayır; mənbələr əl-
çatan olduqca, tələbatların ödənilməsi asanlaşır, toplanmış təcrübənin hesabına gələcək fəaliy-
yət üçün məlumatlar bazası formalaşdırılır.
İşəgötürənlər kimlərdir? Onlar kimləri, hansı qurum, təşkilat və müəssisələri təmsil
edirlə? Bu suallara cavab vermək üçün əvvəlcə Məşğulluq agentlikləri, işədüzəltmə bürola-
rının kimlər tərəfindən təşkili
İşəgötürənlər müxtəlif təşkilat, müəssisə, o cümlədən fiziki və hüquqi şəxsləri təmsil
edirlər. Belə ki, ayrı-ayrı vətəndaşların istəklərinə uyğun olaraq gündəlik, müvəqqəti işlər
üçün işçilər də tələb olunur. Belə vətəndaşlar da məşğulluq mərkəzlərinin xidmətlərindən isti-
fadə edirlər.
Sosial məşğulluqla bağlı toplanmış məlumatların təhlili bir neçə cəhətdən dəyərlən-
dirilir.
1. ƏƏSMN-nin məşğulluq idarəsinin bu sahədə dövlət siyasətini reallaşdıran bir qrum
kimi özünü təsdiq etməsi.
2. Bu məlumatlar ölkədə sosial məşğulluğun real vəziyyətinin müəyyənləşdirilməsi
baxımından maraqlıdır və məlumatlar bankı rolunu oynayır.
3. Regionlar üzrə bu sahədə görülmüş işlərin hesabatı göz önündə olur.
4. Təşkil olunmuş kurslarda ixtisasdəyişmə, stajkeçmə, peşəmaarifi ilə əlaqədar gö-
rülən tədbirlərə ictimai münasibətin müəyyənləşməsinə imkan yaranır.
5. Toplanmış iş təcrübəsi sayəsində ölkədə sosial məşğulluqla əlaqədar yeni perspek-
tivlərin müəyyənləşməsi asanlaşır.
6. Ölkədə həyata keçirilən bu tədbirlərin ümümi mənzərəsi dünyanın inkişaf etmiş
ölkələrinin təcrübəsinin öyrənilməsində problemlərə aydınlıq gətirilir.
7. Bu məlumatlar, toplanmış təcrübə sosial məşğulluqla əlaqədar keçirilən seminar,
dinləmə kursları, beynəlxalq konfranslar və burada aktual olan məsələlərin hərtərəfli öyrə-
nilməsi üçün dəyərli mənbə rolunu oynayıtr.
Apardığımız müşahidə və araşdırmaıar onu da deməyə imkan verir ki, bu tədbirlərin
hamısı vətəndaşların xeyrinə pulsuz həyata keçirilir.
ƏƏSMN-nin Baş Məşğulluq İdarəsinin hansı funksiyaları vardır:
-
Sosial müavinə və işsizlik statusunun müəyyənləşdirilməsi.
-
Məkkəzi və regional məşğulluq mərkəzlərinin əlaqələrinin tənzimlənməsi.
-
Beynəlxalq təcrübənin öyrənilməsi, mübadilə və əlaqələrin tənzimlənməsinə önəm
verilməsi.
Fəal həyat mövqeyi ilə özünü sağlam həyat tərzinə hazırlamağı bacaran, fəal məşğul-