111 Ümumi təhsildə şagird təfəkkürünün inkişaf etdirilməsi, onu ümumiləşdirmək, analiz,
sintez aparmaq, təsnif etmək, mücərrədləşdirmək, konkretləşdirmək kimi təfəkkür fəaliyyəti-
nin müxtəlif növlərinə dair bacarıqların mənimsənilməsi humanist yanaşmanın əlamətdar
cəhətlərindən biri olmaqla yeni təhsil sisteminin əlamətdar cəhəti hesab edilir. Bu isə o de-
məkdir ki, bizi ümumi təhsilin humanistləşdirilməsi prinsipinin təzahürü kimi şagird idrakının
daha yüksək səviyyədə inkişaf etməsi daha çox maraqlandırır.
Ümumi təhsildə şagirdin təlim yükünün azaldılması, onun daha çox maraq effekti kimi
uşaqların diqqətində canlandırılması, mənimsənilmiş bilik və bacarıqların tətbiq imkanlarına
malik olması və bunların qabiliyyətlərə çevrilməsi onun humanist prinsiplərə nə dərəcədə
əsaslanmasını göstərir.
Ümumi təhsilin məzmununun humanist prinsiplər əsasında qurulması onun artıq bilik-
lərdən azad olunmasına imkan yaratmaqla, tətbiq bacarıqlarının genişlənməsi üçün geniş yol
açır.
Yeni təhsil quruculuğunda ümumi təhsilin məzmunu, bilik, bacarıq və qabiliyyətlərdən
ibarət nəticələr formasında hazırlanması həm də şagirdlərdə dəyərlərin formalaşdırılmasına
imkan yaradır.
2. Ümumi təhsilin məzmununun cəmiyyətin inkişaf tələblərinə uyğunlaşdırılması.
Cəmiyyətin zaman-zaman ardıcıl olaraq inkişaf etməsi, irəliləməsi təbii olaraq öz da-
xilin olan bütün sahələrin dəyişərək onun ehtiyac və tələbatlarına uyğun olmasını vacib şərt
kimi qarşıya qoyur. İstər siyasi, istər iqtisadi, istərsə də mədəni aləmdə baş verən dəyişikliklər
onun inkişaf tempinin təzahürü kimi meydana çıxır. Təhsil mühüm sosial fenomen kimi bu
hadisələrin axınında daha qabarıq görünməklə insan resurslarının yaradılması vasitəsi kimi
ümumi inkişafı tənzimləyir, cəmiyyətin yaradıcı qüvvələrinin formalaşmasında əvəzsiz rol
oynayır.
Təhsilin, ilk növbədə, məzmunu cəmiyyətin elmi-texniki, eləcə də müxtəlif elm və
fəaliyyət sahələrinin inkişaf tendensiyasına cavab verməli olur. Bu təhsilin inkişafetdirici
funksiyasının başlıca tələbi olmaqla mühüm zərurət kimi meydana çıxır.
Məzmunun hər zaman yeni olması və yeniliyi təmsil etməsi onun zəruri maraqlı olmaq
effektinin yaranmasında başlıca rol oynayır. Bu əsas etibarı ilə o məntiqdən irəli gəlir ki, yeni
olan diqqəti cəlb edir. Onda maraq effektinin olması ehtimalı daha güclü olur. Şagirdlər yeni
olan anlayışları, qanun və qanunauyğunluqları, fəaliyyətləri daha çox izləyir, onlara diqqət
yetirirlər.
Müasir dünyanın inkişaf tendensiyası yeni fəaliyyətlərin formalaşması və geniş yayıl-
masına daha çox yön almışdır. Bu gün texnologiyalar cəmiyyətin çevik hərəkətverici qüvvəsi
kimi dünyanın hər yanında yayılmaqdadır. Bu isə özlüyündə böyük bir inkişaf sürətinə çev-
rilməklə bəşəriyyətin təhsil almasında mobilliyin yaranmasına təsir göstərməkdədir. Təhsil
özünün məzmununda bütün bu inkişafı təmin edən texnologiyaları ehtiva etməklə onu cəmiy-
yətin üzvlərinə ötürməli, onları cəmiyyətin inkişaf tələblərinə hazırlamaq missiyası ilə çıxış
edir.
Bu gün müasirliyi ilə daha çox maraq doğuran nəticəyönümlü məzmun konkret müəy-
yən dövrdə sabit olur. Dövrü olaraq onun yeniləşməsi, cəmiyyətin inkişaf tələblərinə uyğun
olaraq yeni mahiyyət və məzmun daşıması normativ tələb kimi davam etdirilir.
3. Ümumi təhsilin məzmununun müxtəlif səviyyələrdə formalaşdırılmış struktur cəhət-
dən vahidliliyi. Ümumi təhsil bir pillə kimi özündə müxtəlif səviyyələri birləşdirir. İbtidai
təhsil onun ilk, ümumi orta ikinci, tam orta təhsil isə onun üçüncü səviyyəsi hesab edilir. Tə-
bii ki, bu üç səviyyə təhsilin ümumi strukturunda olmaqla, onların hər biri özünəməxsus ol-